Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Oruc: Qiymətləndirmə fəaliyyəti Prezident İlham Əliyevin qayğısı sayəsində mühüm instituta çevrilib

Vüqar Oruc: Qiymətləndirmə fəaliyyəti Prezident İlham Əliyevin qayğısı sayəsində mühüm instituta çevrilib

Bakı, 24 dekabr, AZƏRTAC

Müasir iqtisadi sistemlərdə qiymətləndirmə fəaliyyəti yalnız texniki və yardımçı mexanizm deyil, mülkiyyət hüquqlarının qorunması, investisiya qərarlarının əsaslandırılması, maliyyə bazarlarının sabitliyi və iqtisadi şəffaflığın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyan mühüm iqtisadi institutdur. Azərbaycanda bu sahənin sistemli və institusional şəkildə formalaşması isə birbaşa olaraq Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən ardıcıl iqtisadi və hüquqi islahatların tərkib hissəsidir. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar çərçivəsində iqtisadiyyatın bütün əsas sütunları, mülkiyyət münasibətləri, maliyyə bazarları, investisiya mühiti və özəl sektorun inkişafı vahid strateji yanaşma ilə tənzimlənib. Bu kontekstdə qiymətləndirmə fəaliyyətinin də sistemləşdirilməmiş normativ yanaşmalardan çıxarılaraq müstəqil iqtisadi institut kimi formalaşdırılmasına başlanılıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (TDQBŞ) prezidenti Vüqar Oruc deyib.

O qeyd edib ki, əvvəlki dövrlərdə qiymətləndirmə sahəsində vahid hüquqi çərçivənin olmaması, eyni obyekt üzrə fərqli qiymətlərin formalaşması, bank sektorunda girov risklərinin artması və bazar iştirakçıları arasında etimad problemləri müşahidə olunurdu. Məhz bu reallıqlar Prezident İlham Əliyevin rəhbərliyi ilə qiymətləndirmə fəaliyyətinin hüquqi əsaslarının köklü şəkildə yenidən qurulmasını zəruri edib.

Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 2023-cü il dekabrın 8-də “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi və Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 30-da təsdiqlənməsi olub. Sözügedən qanun qiymətləndirmə fəaliyyətini ilk dəfə olaraq müstəqil iqtisadi institut kimi tanıyıb, qiymətləndiricilərin hüquq və vəzifələrini, qiymətləndirmə fəaliyyəti istiqamətlərini və peşə riskinin məsuliyyəti mexanizmlərini sistemli şəkildə müəyyənləşdirib. Qanunun mühüm cəhətlərindən biri onun yalnız daşınmaz və daşınar əmlakla məhdudlaşmamasıdır. Qanun biznesin, qeyri-maddi aktivlərin, qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının habelə tələblərin və hüquqların), debitor və kreditor borcların, risklərin və zərərlərin qiymətləndirilməsini də hüquqi çərçivəyə salmaqla qiymətləndirməni real iqtisadi qərarların ayrılmaz hissəsinə çevirib.

“Prezident İlham Əliyevin təsdiqlədiyi mühüm dəyişikliklərdən biri də bələdiyyə mülkiyyətində olan torpaqların qiymətləndirilməsi ilə bağlıdır. Dəyişikliklərə əsasən, fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılan bələdiyyə torpaqlarının qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla və yalnız “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilir. Bu yanaşma torpaq münasibətlərində şəffaflığı, bazar prinsiplərini və peşəkar qiymətləndirməni əsas meyar kimi təsbit edib. Həmçinin notariat əməliyyatları zamanı əmlakın dəyəri artıq qeyri-rəsmi rəy əsasında deyil, yalnız peşəkar qiymətləndirici tərəfindən müəyyən olunur. Bu yanaşma mülki dövriyyədə hüquqi etibarlılığı artırmaqla yanaşı, vətəndaşların mülkiyyət əməliyyatları zamanı üzləşə biləcəyi riskləri əhəmiyyətli dərəcədə azaldıb. Yaxın gələcəkdə ölkədə fəaliyyət göstərən müəssisələrin illik audit yoxlamasından keçməsi zəruriliyi kimi, qiymətləndirilməsinin vacibliyi barədə AQC təkliflə çıxış edəcək.

Qiymətləndirmə sahəsində institusional inkişafın mühüm dayaqlarından biri 1998-ci ildə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, iqtisadçı alimlərin, başda tanınmış alim, ictimai-siyasi xadim Xanhüseyn Kazımlı olmaqla, təşəbbüsü ilə yaradılan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətidir (AQC). Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar xəttinin Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsi AQC-nin fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. Xüsusilə 2022-ci ilin mayında keçirilən hesabat-seçki konfransından sonra AQC-nin fəaliyyətində ciddi aktivlik müşahidə olunub. Bu dövrdə sektorun problemləri sistemli şəkildə dövlət qurumlarının diqqətinə çatdırılıb, beynəlxalq əlaqələr genişləndirilib, türk dövlətlərinin qiymətləndiriciləri arasında institusional inteqrasiyaya start verilib. AQC-nin təşəbbüsü ilə qiymətləndirmə sahəsində peşə etikası, ixtisasartırma, beynəlxalq standartların tətbiqi və institusional əməkdaşlıq mexanizmləri gücləndirilib. Bu fəaliyyətlər Prezident İlham Əliyevin Türk dünyasının birliyinə dair strateji siyasətinə uyğun şəkildə həyata keçirilib”, - deyə V.Oruc vurğulayıb.

Onun sözlərinə görə, hazırda dünya praktikasında qiymətləndirmə sahəsində yeni yanaşmalar ön plana çıxıb. Xüsusilə enerji qiymətləndirilməsi, ekoloji dəyərlərin hesablanması və xidmətlərin qiymətləndirilməsi müasir trendlər kimi diqqət cəlb edib. Bu istiqamətlərdə məqsəd yalnız maddi dəyərin müəyyənləşdirilməsi deyil, eyni zamanda dayanıqlılıq, ətraf mühitə təsir və uzunmüddətli səmərəlilik amillərinin də nəzərə alınmasıdır. Bununla yanaşı, qiymətləndirmə prosesində süni intellekt texnologiyalarından istifadə genişlənib, böyük məlumat bazalarının təhlili sürətlənib və nəticələrin dəqiqliyi artıb. Süni intellekt alətləri risklərin qiymətləndirilməsi, bazar dəyişikliklərinin proqnozlaşdırılması və qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi baxımından mühüm imkanlar yaradıb. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Azərbaycan Qiymətləndiricilər Palatası qiymətləndirmə sahəsində özünüidarəetmə mexanizminin əsas institutu kimi çıxış edir. Palata qiymətləndiricilərin reyestrini aparır, etik və peşə standartlarını müəyyənləşdirir, təlim və ekspertiza proseslərinə nəzarət edir.

Eyni zamanda, 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni hüquqi mühitdə də aparıcı rolunu qoruyub. AQC qiymətləndirmə standartlarının tətbiqi, ixtisasartırma, peşə etikası sənədlərinin hazırlanması və beynəlxalq təcrübənin ölkə şəraitinə uyğunlaşdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Hazırda AQC-nin sıralarında 50-dən artıq qiymətləndirmə şirkətinin fəaliyyət göstərməsi bazarın təşkilatlanmasının və peşəkarlaşmasının real göstəricisidir.

Bu gün əminliklə demək olar ki, Azərbaycanda qiymətləndirmə fəaliyyəti artıq təsadüfi və parçalanmış yanaşmalardan çıxaraq sistemli, hüquqi və institusional əsaslara söykənən müstəqil iqtisadi instituta çevrilib. Qanunların qəbulu, icra mexanizmlərinin yaradılması, normativ inteqrasiya və peşəkar özünüidarəetmə modelinin formalaşması ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir.

“Palata qiymətləndiricilərin reyestrinin aparılması, etik və peşə standartlarının müəyyən edilməsi, fəaliyyətə nəzarət mexanizmlərinin qurulması baxımından mühüm institutdur. Bu model qiymətləndirmə sahəsində hərc-mərcliyin aradan qaldırılması və sektorun sağlam əsaslar üzərində yenidən dizayn edilməsinə xidmət etməsi üçün Qanunun gələcəkdə daha da təkmilləşdirilməsi istiqamətində ölkə qiymətləndiricilərinin assosiativ təşkilatı və peşəkar birliyi olan AQC daxilində təşkil edilmiş komissiyalar fəaliyyət göstərir. Dövrün, zamanın tələblərinə uyğun, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla və xüsusilə də maliyyə hesabatlılığı və şəffaflığının təmin edilməsi üçün ekosistemin tərkib hissəsi olan qiymətləndirmə sektorunun inkişafı naminə təkliflər hazırlayır.

Bütün bu proseslərin mərkəzində Prezident İlham Əliyevin iqtisadi idarəetmədə şəffaflıq, institusional sabitlik və uzunmüddətli dayanıqlılıq prinsiplərinə əsaslanan strateji baxışı dayanır. Qiymətləndirmə sahəsinə göstərilən diqqət bu sahəni maliyyə qərarlarının, investisiya strategiyalarının və mülkiyyət münasibətlərinin etibarlı dayağına çevirib”, - deyə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan xalqına uğurlu hədəfləri göstərən milli liderdir: “Onun qətiyyətli siyasəti təkcə Azərbaycanın inkişafına deyil, həm də türk dövlətləri arasında ictimai, iqtisadi və siyasi münasibətlərin qüvvətlənməsinə mühüm töhfə verir. Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr türk dövlətlərinin birliyinin formalaşmasında müstəsna rol oynayır. Təsadüfi deyil ki, Türk dünyasının birliyinin güclənməsinə əhəmiyyətli təsir edən Türk Dövlətləri Təşkilatı məhz 2009-cu ildə imzalanan Naxçıvan sazişi ilə yaradılıb. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı xarici siyasətimizin əsas istiqamətlərindəndir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bu əməkdaşlıq mahiyyətcə yeni mərhələyə keçib. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər Türk dünyasının nüfuzunun artmasına səbəb olub. Bu, bütün Türk dünyasının zəfəridir. Bu il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev bizim ailəmizin Türk dünyası olduğunu bəyan edib”.

Vüqar Oruc diqqətə çatdırıb ki, bu proseslərin mərkəzində Prezident İlham Əliyevin qiymətləndirmə sahəsinə göstərdiyi davamlı diqqət, siyasi iradə və strateji baxış dayanır. “Məhz dövlət başçısının bu sahəyə olan qayğısı nəticəsində qiymətləndirmə fəaliyyəti iqtisadi idarəetmədə şəffaflığın, ədalətin və uzunmüddətli dayanıqlığın təmin olunmasına xidmət edən mühüm instituta çevrilib. Bu diqqət və dəstək qiymətləndirmə sahəsinin inkişafı üçün möhkəm və etibarlı zəmin yaradıb. Azərbaycan qiymətləndiriciləri bu gün yaradılan yüksək şəraitə, diqqət və qayğıya görə Prezidentə minnətdardır. Bu gün əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda qiymətləndirmə fəaliyyəti təsadüfi yanaşmalardan çıxaraq hüquqi, institusional və peşəkar əsaslara söykənən müstəqil iqtisadi instituta çevrilməsi istiqamətində ilkin addımlarını atmaqdadır. Bu, dövlətimizin başçısının iqtisadi sahəyə göstərdiyi ardıcıl diqqətin və siyasi iradənin bariz nəticəsidir”, - deyə V.Oruc əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib