Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vyanada “Azərbaycan: Nar məkanı” adlı təntənəli bayram tədbiri keçirilmişdir

Vyana, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Vyananın mərkəzində yerləşən Mixaelerplatz meydanında “Azərbaycan: Nar məkanı” (“Aserbaidschan: Terra granata”) adlı bayram tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Avstriyadakı səfirliyi və Vyana şəhər meriyasının birgə təşkil etdiyi tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə və 2011-ci ilin respublikamızda “Turizm ili” elan edilməsi ilə əlaqədar keçirilmişlər.

Tədbirin açılışında mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, tədbirə gələn çoxsaylı Vyana sakinlərini salamlamışdır. Narın gənclik, gözəllik, sağlamlıq və müdriklik rəmzi kimi dəyərləndirildiyini diqqətə çatdıran S.Məmmədəliyeva bu meyvənin Azərbaycanın rəmzlərindən biri olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, dünyada mövcud olan 60-dan artıq nar sortunun hamısı bərəkətli Azərbaycan torpağında yetişir. Nar mövzusu eyni zamanda qədim zamanlardan Azərbaycan xalqının milli-bədii təfəkkürünə hoparaq, onun mədəniyyətində - folklor-söz yaradıcılığında, tətbiqi sənətdə, rəssamlıqda, poeziyada əksini tapmışdır. Azərbaycan xalçalarında, orta əsrə aid miniatürlərdə, metal və ağac məmulatlarında nar motivlərinə rast gəlmək mümkündür. Şəninə mahnılar və şeirlər qoşulan, əfsanələr söylənən bu “cənnət meyvəsi” ta qədim zamanlardan Azərbaycan xalqının maddi mənəvi mirasının ən dəyərli obrazlarından birinə çevrilmişdir.

Azərbaycan və Avstriya arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdıran S.Məmmədəliyeva bildirmişdir ki, Vyanada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsi ucaldılmış, bir qədər əvvəl isə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avstriyanın Federal Prezidenti Haynts Fişerin iştirakı ilə Avstriyanın məşhur bəstəkarı Volfqanq Amadey Motsartın abidəsini açılışı olmuşdur.

Tədbir iştirakçılarını narın möcüzəli vətəni Azərbaycandan gətirilmiş nar şirəsi və Azərbaycan mətbəxinin nar istifadə olunmaqla hazırlanan təamlarından dadmağa dəvət edən S.Məmmədəliyeva “əlahəzrət nar”ın pişvazına çıxanlara” təşəkkürünü bildirmişdir.

Sonra Vyana şəhər meriyasının xarici əlaqələr şöbəsinin rəhbəri Andreas Launer və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış etmişlər. Natiqlər belə tədbirlərin hər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verəcəyini vurğulamışlar. Qeyd edilmişdir ki, mövcud potensial bu cür tədbirlərin daha tez-tez keçirilməsinə geniş imkan yaradır.

Bayramın bədii hissəsində Azərbaycan Dövlət Pantomima Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadənin rejissorluğu ilə hazırlanmış “Məlikəhmədin nağılı” tamaşası nümayiş etdirilmişdir. “Məlikməmmədin nağılı”nın motivləri əsasında hazırlanmış tamaşada Padşah (Elman Rəfiyev) müdriklik rəmzi olan narı qorumağı övladlarına həvalə edir, onun kiçik oğlu Məlikəhməd (Elnur İsmayılov) isə Divlə (Bəhruz Vaqifoğlu) gərgin mübarizədən sonra qələbə qazanaraq, yetişmiş nar meyvəsini və bununla da atasının səltənətində hökm sürən müdrikliyi xilas edir.

Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri “Sarı gəlin”, “Naz eləmə”, “Qaytağı”, “Yallı”, “Uzundərə” rəqslərini məharətlə ifa etmişlər. Azərbaycan milli musiqisindən təsirlənən şəhər sakinləri və meydana toplaşan həmvətənlərimiz, eləcə də şəhərin rəsmi təmsilçiləri musiqi sədaları altında Azərbaycan rəqqasları ilə birlikdə meydan boyu yallı getmişlər. Lökbatandakı 9 nömrəli musiqi məktəbinin şagirdlərinin nağara və zərb alətlərində ifa etdikləri Azərbaycan ritmləri də tədbir iştirakçılarını valeh etmişdir. “Emil Əfrasiyab və dostları” qrupu bayram tədbirində musiqi proqramı ilə çıxış etmişdir. Ənvər Sadıqovun qarmonda, Hüseyn Hüseynovun zurna və klarnetdə misilsiz ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Tədbirdə nar mövzusuna həsr edilmiş Azərbaycanın xalq və dekorativ tətbiqi sənət nümunələrindən ibarət sərgi nümayiş olunmuşdur. Bu məqsədlə quraşdırılmış çadırlarda “Azərxalça” Elmi-Yaradıcılıq İstehsalat Birliyinin məhsulu olan xalçalar sərgilənmiş, misgərlik və dulusçuluq məmulatları, şəbəkə sənəti nümunələri nümayiş etdirilmişdir.

Qeyd edək ki, Vyanada keçirilmiş nar bayramı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət üzrə Federal Nazirliyi arasında 2009-2012-ci illər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumuna müvafiq olaraq mədəniyyət mübadiləsinin genişləndirilməsinə xidmət edir. Bayram tədbirində ATƏT-in təmsilçiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, Avstriya hökumətinin nümayəndələri, Qazaxıstan Respublikası turizm nazirinin müavini, Avstriya-Azərbaycan Ticarət Palatasının əməkdaşları, Vyana ictimaiyyətinin nümayəndələri, ziyalılar, bu ölkədə yaşayan soydaşlarımız iştirak etmiş, Vyanaya gələn turistlər bu qeyri-adi hadisəni heyranlıqla seyr etmişlər.

Tədbirə gələnlər “AZ-Granata” şirkətinin istehsalı olan nar məhsulları, “Gilan” holdinqin “Jalə” şirələri, şərablar və Azərbaycan mətbəxinin nardan hazırlanmış nümunələrinə qonaq edilmişlər. Tədbir iştirakçılarına üzərində nar motivləri olan ipək kəlağayılar hədiyyə edilmiş, Azərbaycan haqqında çap məhsulları, Mədəniyyət və Turizm Nazirliyinin hədiyyə paketləri paylanmışdır. Meydanda quraşdırılmış ekranlarda konsert boyu Azərbaycana həsr olunmuş videoçarxlar və narın görüntüləri nümayiş etdirilmişdir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xorvatiyalı nazir müavini: Azərbaycan nəinki regionda, o cümlədən dünyada söz sahibinə çevrilib

Hesablama Palatasının əməkdaşları EUROSAI-ın onlayn keçirilən XII Konqresində iştirak ediblər

Markov: Qazaxın 4 kəndinin qaytarılması delimitasiya və demarkasiya prosesini sürətləndirəcək

Argentinada Azərbaycanın Cənubi Qafqazda sülhə və sabitliyə töhfə verən siyasətindən bəhs olunub

Karlo Ançelotti: Dünyanın ən yaxşı baş məşqçisi Qvardioladır

Milli Məclis sədrinin müavini vətəndaşların müraciətlərini dinləyib

Qazaxın dörd kəndinin Azərbaycana geri qaytarılması Prezident İlham Əliyevin xalqımıza növbəti qələbə hədiyyəsidir - ŞƏRH

PISA 2025 tədqiqatının sınaq mərhələsi davam edir

Naxçıvanda doğum günü may ayında olan şəhidlərin xatirəsi anılıb

BANM-də “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb

Hesablama Palatasının nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin 162 illik yubiley tədbirində iştirak edib

Azərbaycanın Müstəqillik Günü Litvada da qeyd edilib

Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafı müzakirə edilib

“AzerGold”un sədri 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib

Saatlıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycan bankı ötən il ölkədə ilk dəfə əmtəə fyuçers müqaviləsi imzalayıb

“EducationUSA” sərgisi keçiriləcək

“Avro-2024”: Niderland millisinin yekun heyəti bəlli olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti TBMM-də olub

Çexiya Azərbaycanı enerji sahəsində çox mühüm və dəyərli tərəfdaş hesab edir

“İrəvan” klubu I Liqadan kənarlaşdırılıb

Brüsseldə “Orta Dəhliz Təşəbbüsü - Avropa və Asiyanın qovuşduğu yer” mövzusunda tədbir keçirilib

Türkiyə “Altay” tankının kütləvi istehsalına başlayır

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Müstəqilliyin yeni mərhələsi: strategiyada strateq məharəti

Azərbaycan Qlobal Texnologiya Forumunda təmsil olunub

Fövqəladə hallar könüllüləri təltif edilib

Anaklia limanının investorları Çin şirkətləri olacaq

“Səbail” klubu Şahin Diniyevlə müqaviləni yeniləyib

İngiltərədə gənc həkimlər növbəti tətilə hazırlaşırlar

Bakıda ilk dəfə padel tennisi üzrə beynəlxalq turnir keçirilir

Azərbaycanın Müstəqillik Günü Batumidə qeyd olunub

Süni intellekt ilə yeni dövrə qapı aç - seminar

Açıq Büdcə İndeksi üzrə Hesablama Palatasının fəaliyyəti çox yüksək qiymətləndirilib

Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif edilib

® “Nar”ın dəstəyi ilə hazırlanan “jestdili.az” saytının istifadəçilərinin sayı ikiqat artıb

Qarabağ Universitetinə fakültə dekanları seçilib

Politoloq: Avropa İttifaqı və İtaliya ilə Azərbaycanı bir çox layihələr birləşdirir

İngiltərə klubu 5 oyunçu ilə yollarını ayırıb

Elm və təhsil naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Mərakeşli nazir: Azərbaycanla əlaqələrin inkişafında geniş potensial var

AYNA paytaxtda hərəkətin yenidən təşkili ilə bağlı növbəti layihənin icrasına başlayıb

8 aya yaradılan möcüzə - Böyük Qayıdışın Xocalı səhifəsi REPORTAJ

“Evdə tək” filmindəki ev satışa çıxarılıb

İyunun 3-dən BDU-da yaz imtahan sessiyası başlanacaq

Etibar Əsədlinin caz triosunun Brüsselin tanınmış “The Music Village” caz klubunda konserti olub

“Hitachi” və “Google Cloud” süni intellekt sahəsində əməkdaşlıq edəcəklər

Azərbaycanın dəstəyi ilə Bişkek şəhərindəki Heydər Əliyev adına məktəb-gimnaziyada STEAM Mərkəzi açılıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində jurnalistlər arasında müsabiqə elan edilib

“Araz-Naxçıvan” “Neftçi”nin yetirməsi ilə müqavilə imzalayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə işgüzar səfər edib

Frensis Bekonun rəsm əsəri oğurlandıqdan 9 il sonra tapılıb

Londonda Fələstinə dəstək aksiyası zamanı 40 nəfər saxlanıb

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

ATU-da əmək yarmarkası: 50-yə yaxın şirkət, 500-dən çox vakansiya

Azərbaycanın Müstəqillik Günü Limada da qeyd olunub VİDEO

Azərbaycanın üç idmançısı qrapplinq üzrə Avropa çempionatında medal qazanıb

"GameSummit"in marketinq direktoru: "Bu festivala maraq böyükdür”

Vyetnamlılar ölkələrinin azadlığı və inkişafında Azərbaycan xalqının dəstəyini heç vaxt unutmayacaq

Müxtəlif vaxtlarda bank kartlarından pul vəsaitlərini talayan şəxs saxlanılıb

“PAŞA Bank” son üç ildə Qarabağdakı layihələrə ayırdığı kreditin həcmini açıqlayıb

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

Fələstin qəzeti Azərbaycanın Müstəqillik Günü haqqında məqalə dərc edib

İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kaniliadan

“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir

Azərbaycanın xarici işlər naziri Pakistana rəsmi səfərə yola düşüb

Avropa Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib VİDEO

Azərbaycan və İran Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsünü müəyyənləşdiriblər

Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda regional sığorta forumu keçirilib - YENİLƏNİB

® ABB-dən tam rəqəmsal təcrübə ilə “İnvoysların maliyyələşdirilməsi”

Türkiyədə “EFES-2024” hərbi təlimləri davam edir

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti zolaqlar üzrə məhdudlaşdırılacaq

Professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin qrammatikası” dərsliyi çap olunub

Əlilliyi olan şəxslərin təqdimatında moda nümayişi təşkil edilib

Varşavada “Azərbaycanın multikultural kimliyində xristian mirası” adlı fotosərgi təşkil edilib

Olimpiya lisenziyası qazanan Anna Başta: Məşqçim dedi ki, hazırlaş, Parisə gedirik

David Karapetyan Ermənistan XİN-in baş katibi təyin edilib

Hans-Diter Flik “Barselona”da

Azərbaycan alimləri Türkiyədə

Bakıda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Akademik Milli Dram Teatrı ölkəmizi Beynəlxalq forumda təmsil edəcək

Azərbaycanda ilk dəfə Qəmbər Hüseynli adına I “Cücələrim” Uşaq Festivalı keçiriləcək

Səudiyyə Ərəbistanı və Bəhreyn mediası Azərbaycanın Müstəqillik Günündən yazıb

Uzunoba Su Anbarının yuxarı hissəsində təmizlik və dərmanlama işləri aparılıb

Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul keçirilib

Film layihələri müsabiqəsində qalib gələn filmləri tələbələr çəkəcək

BMU tələbələri “Zəfər festivalı-2” idman yarışlarında uğurlu nəticələr qazanıblar

“Kapitan və Xəzər dənizi” sənədli-animasiya filmi maliyyələşdirilir

Azərbaycanın Müstəqillik Günü Qahirədə də qeyd edilib

Milli Kitabxanada növbəti treninq təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

AQTA: Monitorinqlər zamanı 78 müəssisədə nöqsanlar aşkarlanıb

Dövlət Komitəsinin sədri Qobustanda vətəndaş qəbulu keçirib

Coğrafiya İnstitutu Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” kitabını nəşr etdirib

Fərid Şəfiyev: Rasional siyasətinə görə Azərbaycan mənfi təsirlərə daha az həssasdır

Azərbaycan Prezidentinin Xocalıya səfəri Türkiyə mətbuatında geniş işıqlandırılıb

Türkiyədə HDQ-nin ehtiyacları üçün müasir döyüş idarəetmə paneli təqdim edilib

“Qəbələ” klubunu daha bir futbolçu tərk edib

Xocalıda 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya