Vyananın Şvexat Beynəlxalq Aeroportunda qarşılanma VIDEO
Vyana, 12 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.