Azərbaycan Dövlət İnformasiya Agentliyi

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev görüş iştirakçılarının çoxsaylı suallarına cavab verdi.
ANDREAS ŞOPENHOFF (aparıcı): Cənab Prezident, çox sağ olun. Mən hesab edirəm ki, Sizin nitqiniz fəal diplomatiyanın mühüm bir təzahürü oldu. Biz hamımız bilirik ki, Azərbaycanın nə qədər strateji əhəmiyyəti var və Siz bunu olduqca gözəl bir formada, özünüzə əminliklə və təvazökarlıqla təsvir etdiniz. Siz ölkənizdə nəinki iqtisadi baxımdan işlərin aparılmasına sadiqsiniz, eyni zamanda, istəyirsiniz ki, Azərbaycanda Avropa İttifaqının etibarlı tərəfdaşı nüfuzu yaransın. Cənab Prezident, bir daha çox sağ olun.
Hörmətli cənab Prezident sizin suallarınıza cavab verməyə hazırdır. Sizin şərhləriniz ola bilər. Burada mikrofonlar qurulubdur. Buyurun, ilk sualı verin.
-Əslində, ilk sualı mən vermək istəmirdim. Ancaq Azərbaycan elə bir ölkədir ki, hamımızı çox maraqlandırır və həmin ölkə ilə sıx əlaqələrimiz var. Məni ən çox maraqlandıran odur ki, Siz Azərbaycanın inkişafını ümumi Qafqaz məkanında necə görürsünüz? Bizim üçün xüsusilə maraqlıdır ki, Şimali Qafqazın gələcək inkişafı haqqında nə deyə bilərsiniz, çünki həmin region olduqca həssas regiondur. Xüsusən də Çeçenistan. Bunlar, mənim kiçik suallarımdır.
-Cənab Prezident, Siz qeyd etdiniz ki, Dağlıq Qarabağ problemi ölkəniz üçün bir nömrəli problemdir. Mən Qafqazdakı digər iki münaqişə üzrə işləmişəm. Abxaziya və Cənubi Osetiya münaqişələri haqqında eşitmişəm və bilirəm ki, hansı mövcud çətinliklər var. Həll məsələsinə gəldikdə, hamımız bilirik və Siz də deyirsiniz ki, Azərbaycanın uğurlu inkişafını davam etdirmək üçün biz Dağlıq Qarabağ üzrə güzəştə getməliyik. Bu yaxınlarda biz oxşar bir məsələ ilə bağlı Balkanlarda güzəşt variantını gördük. Bu, Kosovo regionunda, sadəcə, bir neçə gün bundan əvvəl baş verdi. Siz Kosovo həll variantı ilə bağlı öz rəyinizi bildirə bilərsinizmi ki, bu da Azərbaycanın ümidverici qaydada Dağlıq Qarabağ probleminin həllinə imkan yarada bilər? Sağ olun.
-Hörmətli cənab Prezident, Siz burada Azərbaycandakı vəziyyəti hərtərəfli təsvir etdiniz. Mən bu yaxınlarda Bakıda olmuşam. Orada narahatlıq doğuran ekoloji problemlərin olduğu bildirilir. Siz ekoloji sahədəki siyasət haqqında nə söyləyə bilərsiniz?
-Mən azad jurnalistəm və Cənubi Qafqazda işləmişəm, Gürcüstanda və Azərbaycanda olmuşam. Mən bilmək istərdim, Siz Azərbaycanın Şərqdəki qonşuları ilə münasibətlərini və onların inkişafını necə görürsünüz? Sağ olun.
ANDREAS ŞOPENHOFF (aparıcı): Cənab Prezident, məncə, biz Sizə imkan verməliyik ki, suallara cavab verəsiniz.
İLHAM ƏLİYEV: Suallarınıza görə sağ olun. Qafqazdakı vəziyyətə gəldikdə onu deməliyəm ki, Qafqaz bir orqanizmdir. Şimali və cənubi Qafqazda qonşularımız var. Şimali Qafqaz Rusiyada yerləşir və digər istiqamətlərdə də ölkələr var. Təbii ki, mədəni münasibətlər var və bir ölkə kimi Azərbaycanın Cənubi Qafqazla, Şimali Qafqazla hüdudları var və bu əlaqələrdən bəhrələnir. Bir çox azərbaycanlı Şimali Qafqazda, Rusiyanın ərazisində yaşayır və orada bir çox dostlarımız var. Eyni zamanda, Rusiya ilə ikitərəfli münasibətlərimizlə müxtəlif istiqamətlərdə öz töhfəmizi veririk. İşlərimizin elementlərindən biri təhlükəsizlik və sabitlikdir. Lakin tarixi şəraiti nəzərə alaraq, istər Cənubi, istərsə də Şimali Qafqazda sabitliyin hər hansı şəkildə pozulmasının bütün Qafqaza mənfi təsiri olacaqdır. Əfsuslar olsun ki, dünyanın bu çox kiçik bir guşəsində daim müharibələr baş verib, münaqişələr müşahidə olunubdur. İstər şimalda, istərsə də cənubda. Bu, əsrlər boyu belə olub və həmin torpaqlara, regiona əsrlər boyu sülh gəlməyibdir. Bu regionun özü də gözəldir. Azərbaycan, öz növbəsində, sülhün bərpasına töhfə verir. Region sülh və tərəqqi şəraitində yaşamalıdır ki, müharibədən, hər hansı bir təcavüzdən əziyyət çəkməsin.
O ki qaldı Dağlıq Qarabağ məsələsinin həllinə, hansı model olmasına gəldikdə, bilirsiniz, hər hansı bir münaqişə öz xüsusiyyətinə və həll yoluna malikdir. Bu baxımdan mən hesab edirəm, o qədər də yaxşı bir ideya olmaz ki, bir potensial həll yolunu digər münaqişəyə şamil edək. Çünki münaqişənin mahiyyəti müəyyən mənada aydındır və bu, separatizmdir. Tarixi baxımdan bu fərqlər ola bilər.
Dağlıq Qarabağ məsələsinin mümkün həllinə və Azərbaycanın nəyə razılıq verəcəyinə gəldikdə, ən birincisi, Dağlıq Qarabağ müstəqil ola bilməz və əminəm ki, bu, belə də olacaqdır. Çünki əgər beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın zəif və qeyri-sabit bir vaxtında tanımadısa, bundan sonra da tanımayacaqdır. Ermənilər artıq öz müqəddəratını təyin ediblər. İndi isə onlar çalışırlar ki, bu iki prinsipi - ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini bir-biri ilə ziddiyyətə gətirsinlər. Erməni xalqı öz müqəddəratını artıq təyin edibdir, Ermənistan dövləti var. Əgər bu baxımdan, bu məntiqdən yanaşsaq, yəni onların məntiqini götürsək, onda dünyada nə qədər erməni dövlətləri yaranmalıdır? Çünki onlar bir çox ölkələrdə yaşayırlar. Əgər Dağlıq Qarabağda digər erməni dövləti yaratsalar, onda sabah onlar istəyəcəklər ki, Gürcüstanda da belə bir dövlət yaransın. Hətta deyim ki, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı Gürcüstanda yaşayan ermənilərin sayından 4 dəfə azdır. Dağlıq Qarabağ müstəqil ola, yaxud Ermənistana birləşə bilməz. Azərbaycanın əraziləri Ermənistanın işğalından azad edilməlidir. Bizim qaçqınlarımız, məcburi köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Eyni zamanda, Dağlıq Qarabağdan olan, xüsusən də qədim Azərbaycan şəhəri Şuşadan olan məcburi köçkünlər öz yerlərinə qayıtmalıdırlar.
Eyni zamanda, beynəlxalq sülhyaratma əməliyyatları olmalıdır və biz buna razıyıq. Dağlıq Qarabağın gələcək statusu məsələsi iki tərəf arasında müzakirə olunacaq və Dağlıq Qarabağa dünyada mövcud olan, - yaxud mövcud olmayan, biz bu haqda düşünməliyik, - muxtariyyət statusu verilə bilər. Bu, maksimumdur, konstruktiv bir mövqedir.
Bundan əlavə, əgər Dağlıq Qarabağ Azərbaycana qaytarılsa, təbii ki, regionun iqtisadi inkişafı da daha sürətlə gedər. Onlar bu işğal siyasəti ilə nəyə nail oldular? Mən sizə deyə bilərəm, bunun nəticəsi necə oldu. Yəni, Ermənistan əhalisinin yarısı ölkəni tərk edibdir. Dağlıq Qarabağın əhalisinin yarısı da həmin ərazilərdən gedibdir. Onların gələcək üçün, öz tələbatlarını ödəmək imkanı üçün bir perspektivi yoxdur. Onlar diasporun köməyi, yaxud da digər ölkələrin yardımı ilə yaşamalıdırlar. Ona görə əgər ermənilər istəyirlərsə ki, Dağlıq Qarabağ məsələsi həll olunsun, onlar buna razılaşmalıdırlar. Bizim təklif etdiyimiz mövqe konstruktivdir. Bu, ATƏT-in Minsk qrupu tərəfindən dəstəklənir, onlar bu məsələ ilə məşğul olur və bu, regiona sülh gətirə bilər.
Ətraf mühitlə bağlı vəziyyətə gəldikdə, biz bunun üzərində işləyirik. Bilirsiniz, bizə Sovet İttifaqından çox mənfi bir miras qalmışdır. Ümumiyyətlə, o vaxt dünyada ekologiya haqqında olan anlayış, belə bir məfhum bizdə yox idi. Biz sadəcə, təbii resurslardan istifadə edirdik. Məqsəd o idi ki, dayanmadan istehsal edək. Heç kim diqqət yetirmirdi ki, təbiətin vəziyyəti necədir. İndi Bakıda, Abşeron yarımadasında neftlə çirklənmiş bir çox göllər var. Azərbaycanın digər yerlərində ətraf mühitlə bağlı vəziyyət çox yaxşıdır. Göllərimiz, çaylarımız və dağlarımız yaxşı vəziyyətdədir.
O ki qaldı Bakının özünün rayonları, onlar neft hasilatı ilə əlaqədar çətin vəziyyətə düşübdür. Ona görə bizim ekoloji proqramımız qəbul edilibdir. Bu, mənim tərəfimdən, Prezident Sərəncamı əsasında qəbul olunmuşdur. Biz bu proqram çərçivəsində gələn 5-10 il ərzində yüz milyonlarla dollar sərf edərək, Bakı ətrafında və digər yerlərdə neftlə çirklənmiş gölləri tamamilə təmizləyəcəyik və öz təbiətimizə onun gözəlliyini qaytaracağıq. Bu proqramı başladıqdan dərhal sonra Dünya Bankı bizimlə birgə işləməyə gəldi. Biz öz iradəmizi nümayiş etdirdik ki, vəsaitlərimizdən istifadə edəcəyik. Bizim digər yardıma ehtiyacımız yoxdur. Bu, bizim əhalimiz üçün, həyatın yaxşılaşması üçün vacibdir. Biz ekoloji təşkilatlarla da işləyirik. Xüsusən, biz Zukkov Fondu ilə çalışırıq. Mən bu gün Mixael Zukkovla görüşdüm. Onlar ölkəmizə, iqtisadi inkişafa böyük töhfə verirlər.
Sonuncu sual Xəzərdən Şərqdəki ölkələr ilə münasibətlərə aid idi. Bizim Qazaxıstanla çox yaxşı əlaqələrimiz var. Hökumətlərarası saziş imzalamışıq ki, Azərbaycan ərazisi ilə Qazaxıstan neftini Aralıq dənizinə daşıyaq. Digər ümumi layihələrimiz də var. Biz indi artıq Azərbaycanda olduqca müasir boru kəməri infrastrukturu yaratmışıq. Bunun vasitəsilə Xəzərin Şərqindən böyük miqdarda neft daşına bilər. Bilirəm ki, Qazaxıstan artıq liman qurğularının genişləndirilməsinə sərmayə qoyur. Eyni işlər Azərbaycanda da aparılır və ola bilsin ki, 2-3 il ərzində, bəlkə də bundan əvvəl, Qazaxıstan nefti bizim ərazimizlə daşınacaqdır. Bizim boru kəməri gündə 1 milyon barrel neftin daşınması üçün nəzərdə tutulubdur. Amma biz onun gücünü artırmağa nail ola bilərik ki, bu da gündə 1,8 milyon barrel neftin daşınmasına imkan yaradar.
ANDREAS ŞOPENHOFF (aparıcı): Çox sağ olun cənab Prezident. İndi isə biz yenə suallara keçəcəyik. Dörd sual var:
-Hörmətli cənab Prezident, mən bir sual vermək istəyirəm, Siz burada qeyd etdiniz ki, Azərbaycan bir sıra strateji qlobal enerji layihələrini həyata keçirir. Bu, Xəzər regionuna və onun ətrafına aiddir. “Nabukko” layihəsi barədə nə deyə bilərsiniz? Bu layihə ilə bağlı Sizin mülahizələriniz necədir? Çox sağ olun.
-Cənab Prezident, mənim adım İvansdır, həkiməm, klinikada çalışıram. Mən bir neçə dəfə Bakıda olmuşam. Çox sağ olun ki, Siz Azərbaycandakı vəziyyəti gözəl təsvir etdiniz. Biz bilirik ki, Siz səhiyyə sistemini də inkişaf etdirmək istəyirsiniz. Bu istiqamətdə ideyalarınız necədir? Bəzi şərhlərinizi eşitmək istərdik ki, Siz təkcə Bakıda deyil, həm də ölkənin digər bölgələrində səhiyyə sisteminə hansı şəkildə dəstək verirsiniz? Sağ olun.
-Cənab Prezident, mənim adım Konerusdur, Fondu təmsil edirəm. Siz, ümumiyyətlə, öz çıxışınızda Rusiyanı qeyd etmədiniz. Bu ölkəyə aid strategiyanız haqqında nə deyə bilərsiniz? Xüsusən də Prezident Vladimir Putin bu yaxınlarda aydın, lakin qeyri-diplomatik çıxış etmişdir. Bu, Rusiyanın gələn illər ərzində planları ilə bağlı idi. Sağ olun.
-Mənim adım Fariz Qasımlıdır, Berlin Universitetinin tələbəsiyəm. Hörmətli cənab Prezident, geniş çıxışınıza görə çox sağ olun. Mənim sualım Azərbaycanın bu yaxınlarda yeni regional Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi sahəsində əldə etdiyi uğurla bağlıdır. Bu, Azərbaycan diplomatiyasının böyük qələbəsi idi. Sizin fikrinizcə, bu layihə yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin mümkün həllinə necə təsir göstərə bilər? Siz bəzi erməni dairələrinin bu layihəyə müqavimət göstərilməsi barədə fikirlərinə necə yanaşırsınız?
-Biz enerji inkişafımızın başlanğıc mərhələsində olan zaman, xüsusən də neft və qaz nəqli əməliyyatlarından söhbət getdikdə, Avropada qaz bazarının tamamilə başqa vəziyyətdə olduğunu anlayırdıq. Təbii ki, əsas diqqətimizi məhz öz ölkəmizin qaza olan tələbatının ödənilməsinə yönəltmişdik və Gürcüstan, Türkiyəyə də qaz göndərməyi planlaşdırırdıq. Yəni bu işə başlayanda bizim təbii qazımızın üç bazarı var idi. İşlərimizi bu günə qədər davam etdirirdik. İndi isə Avropada əlavə qaz mənbələrinə ehtiyac duyulduğunu hiss etdik. Belə bir halda, özümüzü bu yeni vəziyyətə uyğunlaşdırmaq məcburiyyəti qarşısında olduq. İndi biz hasil etdiyimiz həcmi daha da artırmalıyıq. Çünki neft bazarından fərqli olaraq, qaz bazarında ilk növbədə, istehlakçı olmalıdır. Siz sadəcə, qazı tankerə vurub bazara çıxara bilməzsiniz. Lazımdır ki, istehlakçı olsun. Biz bu prosesi başladıq.
Qaz kəmərinə başlayanda Türkiyədən o tərəfə istehlakçılar yox idi. İndi isə biz görürük ki, tələbat artır və hətta hasilat həcmimizlə müqayisədə tələbat daha çoxdur. Əgər xarici şirkətlər mart ayında qaz hasilatını artıracaqsa, Azərbaycanın Dövlət Neft Şirkəti də ilyarım ərzində öz hasilatını iki dəfə artıracaqdır. Çünki tələbat da artır. “Nabukko” kimi layihələr uzun illər ərzində yaxşı bir layihə kimi müzakirə olunurdu. Amma indi həyata keçirilə bilər. Azərbaycan qazı üçün, eyni zamanda, digər ölkələr tərəfindən təchizat üçün yaxşı bir variant ola bilər. Biz artıq kifayət qədər qaz infrastrukturu yaratmışıq və bu da prosesin gedişində rol oynayacaqdır. Biz öz infrastrukturumuzu digər ölkələrin də istifadəsinə verməyə hazırıq. Azərbaycan Enerji Xartiyasını imzalamışdır və bizim daşınma sistemi istifadədə ola bilər.
Azərbaycanın tibb sahəsi təkmilləşir. Bu, ən təcili sahələrdən biridir ki, biz burada gözəçarpan, sürətli inkişafa nail olmalıyıq. Biz, əsasən, rayonlarımızda tibb müəssisələrinin sayını artırırıq, bir çox tibb mərkəzləri açırıq. İki şəhərdə - Naxçıvan və Lənkəranda artıq açılmışdır. Orada artıq açıq ürək üzərində cərrahiyyə əməliyyatı da aparılmışdır. Bu əməliyyat Azərbaycan vətəndaşı üzərində aparılmışdı. Bu tibb mərkəzlərinin sayı 2007-ci il ərzində də artacaqdır. Azərbaycanda onlarca yeni xəstəxana tikiləcəkdir. Biz bu sahəyə çox sərmayə yatırırıq. Eyni zamanda, təlim kursları təşkil edirik ki, həkimlər daha yaxşı imkanlara, biliklərə malik olsunlar. Tibbi xidmətlərin keyfiyyətini də artırırıq. Təcili tibbi yardıma da sərmayəni artırırıq ki, bizim vətəndaşlarımıza dərhal tibbi yardım göstərilsin. Ümid edirəm ki, gələn üç-beş il ərzində Azərbaycanda əsas tibbi xidmətlər məsələsi öz həllini tapacaqdır.
Rusiya məsələsinə gəldikdə, - mən ötən il Bertelsmann Forumunda çıxış edəndə də eyni sualı vermişdilər ki, nəyə görə Rusiyanı qeyd etmədim, - bəlkə, bu ona görədir ki, mən Azərbaycanın Prezidentiyəm. Ona görə Azərbaycan haqqında danışıram. Lakin Rusiya ilə ikitərəfli münasibətlərə gəldikdə, onlar müsbətdir. Biz müxtəlif sahələrdə işləyirik, qonşuyuq və birgə iqtisadi maraqlarımız vardır. Bizim qonşuluq əlaqələrimiz çox yaxşı ruhda inkişaf edir və keçmişdə gərginlik mənbəyi olan məsələlərin hamısı öz həllini tapıbdır. Məsələn, Xəzər dənizinin sektorlara bölünməsi məsələsi. Rusiya ilə müxtəlif sahələrdə, enerji sahəsində, hərbi sahədə əməkdaşlıq aparılır. Ona görə Rusiya ilə ikitərəfli əlaqələrimiz normaldır və bu, çox yaxşıdır. Bizim, adətən, bütün qonşularımızla yaxşı əlaqələrimiz var, bu, müsbət amildir. Bunun hamısı əvvəlcədən razılaşdırıla bilən, normal əlaqələr üçün vacibdir və eyni zamanda, qarşılıqlı maraqlara xidmət edir, qarşılıqlı hörmətə əsaslanır. Təbii ki, bir-birinin işlərinə müdaxilə etməmək prinsipinə arxalanır. Bunlar çox müsbətdir.
Ola bilsin ki, 1990-cı illərdə, keçmiş Sovet İttifaqı dağıldıqdan sonra ikitərəfli əlaqələrimiz daha pis idi. İndi isə, 2007-ci ildə mən bunu demərəm. Çünki mən deyə bilərəm ki, bütün məsələləri həll etdik. İndi biz yaxşı ruhda əməkdaşlıq edirik.
Bakı-Tbilisi-Qars çox yaxşı nəqliyyat layihəsidir və bu, Asiya ilə Avropanı birləşdirə bilər. Azərbaycan dəmir yolu vasitəsilə Türkiyəyə çıxış əldə edəcəkdir. Bunu nəzərə alsaq ki, hazırda Türkiyə də Bosfor boğazının altından tunelin çəkilməsi ilə məşğuldur, bu, Avropaya birbaşa çıxış deməkdir. Bu, bizim üçün Xəzər dənizi vasitəsilə Qazaxıstan və Çinə də yeni çıxışı təmin edir. Bu, yeni dəhlizdir və Azərbaycan da bu layihənin sponsoru kimi çıxış edir. Biz artıq Gürcüstana çox güzəştli kredit verdik. Bu, illik cəmi bir faizlə 25 il müddətinə nəzərdə tutulur. Söhbət 200 milyon ABŞ dollarından gedir ki, Gürcüstan öz ərazisində bu işləri maliyyələşdirsin.
Ermənistan lobbisi tərəfindən Birləşmiş Ştatlarda bəzi səylər göstərilirdi və ermənipərəst konqresmenlər də belə bir addım atdılar ki, layihəyə Amerikanın birbaşa yardımı dayandırılsın. Amma bəxtimizdən, biz bu gün elə bir inkişaf mərhələsindəyik ki, heç bir köməyə ehtiyacımız yoxdur. Əksinə, biz Gürcüstana öz yardımımızı göstəririk. Lakin, eyni zamanda, hamı onu anlamalıdır ki, Ermənistan artıq sonuncu qatarı əldən buraxdı. Onlar Bakı-Tbilisi-Ceyhandan məhrum oldular, Cənubi Qafqaz boru kəmərindən kənarda qaldılar. İndi isə dəmir yolu xəttindən kənarda qalırlar.
Bir sözlə, onlar tam mənada bütün regional əməkdaşlıqdan kənarda qaldılar. Regional əməkdaşlıq isə möhkəmlənir, Gürcüstan, Türkiyə, Azərbaycan, Mərkəzi Asiya, Avropa enerji və nəqliyyat dəhlizlərinə malikdirlər. Əlbəttə, bu, bütün münaqişələrin həllində müsbət rol oynayacaqdır. Çünki biz gücləndikcə, yəni siz güclü olanda daha çox uğurlar əldə edə biləcəksiniz.
Bu, sonuncu suala cavab idi. Sağ olun.
ANDREAS ŞOPENHOFF: Üzr istəyirəm, biz bütün suallara vaxt ayıra bilməyəcəyik. Ona görə əlavə dörd sual verilə bilər.
-Sizin ölkənizin çox böyük iqtisadi gücü var. Ölkənizə xaricdən gələn qaçqınlara, milli azlıqlara yardım edirsinizmi? Mən öz yerlərindən didərgin düşmüş mesxeti, axıska türklərini, krım tatarlarını nəzərdə tuturam. Sualım belədir, Siz onların problemlərinə necə yanaşırsınız?
-Mənim adım Hanno Masnerdir, Hagen Universitetinin tələbəsiyəm. Ölkəniz İranla qonşuluqda yerləşir. Şimal-qərbi İranda çox sayda azərbaycanlı yaşayır. Məni onların mədəni, siyasi və dil məsələləri maraqlandırır. Bu baxımdan Sizin ölkə həmin məsələlərin həlli üçün nə edə bilər? Məsələn, sərhədlərdən sərbəst keçid və iqtisadi, siyasi, mədəni hüquqlar. Çox sağ olun.
-Cənab Prezident, mənim adım Kones Yaardır. Siz öz iqtisadi və enerji qüdrətiniz sayəsində artıq dünyada böyük potensiala maliksiniz. Mən bilmək istəyirəm, Siz bu gücdən Dağlıq Qarabağ probleminin həlli üçün niyə istifadə etmirsiniz? Xahiş edirik, bu haqda bizə bir az məlumat verəsiniz.
-Cənab Prezident, dəqiq və gözəl çıxışınıza görə təşəkkür edirəm. Siz Azərbaycandakı inkişaf və nailiyyətlərdən söhbət açdınız. İnkişaf və tərəqqi yolu ilə gedən ölkədə güclü müxalifətin olması da vacibdir. Sizin fikrinizcə, güclü müxalifətin formalaşması üçün nə etmək lazımdır? Siz bu müxalifəti necə görürsünüz? Əgər mümkündürsə, Sizdən bu məsələyə dair öz şərhlərinizi bildirməyi xahiş edirik. Çox sağ olun.
İLHAM ƏLİYEV: Biz keçmişdə beynəlxalq təşkilatlardan bir çox yardım almışdıq ki, öz qaçqınlarımız və məcburi köçkünlərimizə dəstək verək. Hesab edirik, indi, biz maliyyə baxımından daha da gücləndikdə, Azərbaycan bu məsələdə hətta donora çevrilə bilər və özü maliyyə yardımı göstərə bilər.
O ki qaldı azlıqlara, siz burada suallarınızda onu qeyd etdiniz, bilirsiniz, siyasətimizin ən vacib elementi ondan ibarətdir ki, biz digər ölkələrin daxili işlərinə qarışmırıq. Hər bir ölkənin özünün problemləri var. Əgər bizdən xahiş etsələr, məsləhət verə bilərik. Əgər bizdən soruşmurlarsa, digər ölkələrin daxili vəziyyətinə müdaxilə etmirik. Bu, olduqca vacibdir. Ümumiyyətlə, bütün dünyada digərlərinin işlərinə heç bir müdaxilə addımları olmasa, hesab edirəm, onda dünya daha təhlükəsiz şəraitdə yaşaya bilər.
O ki qaldı İranda böyük sayda azərbaycanlının yaşamasına, onu sizə deyə bilərəm ki, onlar bu gün İran cəmiyyətinun bütün sahələrində təmsil edilmişlər. Mədəniyyət, siyasi sahələrdə çalışırlar, parlament üzvləri var, rəsmilər arasında Azərbaycan mənşəli şəxslər var. İranda yaşayan azərbaycanlılarla çox güclü mədəni əlaqələr mövcuddur. Biz vahid bir millətik, hamımız azərbaycanlıyıq, eyni dildə danışırıq və biz qardaşıq. Ona görə onların gələcəyi, təbii ki, bizi maraqlandırır. Bizim çox güclü münasibətlərimiz var, oraya səfərlər edirik, hər iki tərəfdə qohumlar var, bir-birimizi görürük. Ümumiyyətlə, bu, İranla ikitərəfli münasibətlərimizin vacib elementidir.
Burada, eyni zamanda, belə sual oldu, dediniz ki, Azərbaycan öz qüdrətindən nəyə görə Dağlıq Qarabağ probleminin həlli üçün istifadə etmir? Səmimi deyim ki, mən bunu, belə bir sualı Avropada eşidəcəyimi gözləmirdim. Çünki Avropada biz, adətən, başqa yanaşmaları eşidirik ki, biz məsələni sülh yolu ilə həll edək. Amma mən bu sualı anlaya bilərəm. Mənim özüm və Azərbaycanda bir çoxları hər zaman özümüz-özümüzdən soruşuruq, bu problemin həllini nə qədər gözləməliyik, bu ədalətsizliyə nə qədər dözməliyik, Azərbaycan xalqı işğal altında nə qədər yaşayacaq? Bilirsiniz, bu suala cavab hər zaman eynidir. Biz daimi gözləyə bilmərik. Biz əlavə on il gözləyə bilmərik. Sadəcə, Ermənistan rəhbərliyinin müdrikliyinə bel bağlaya bilmərik. Əgər onlar Ermənistan xalqının gələcəyi haqqında düşünmək istəmirlərsə, gələcəkdə nəyin baş verəcəyi haqqında düşünmürlərsə və əgər münaqişənin yenidən başlanması təhlükəsi haqqında düşünmürlərsə, onda məsuliyyət tamamilə onların üzərinə düşəcəkdir. Biz səbrimizi çox nümayiş etdirdik, konsrtuktiv mövqeyimizi nümayiş etdirdik.
Biz yenə də çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək. Ancaq nə vaxt hesab etsək ki, sülh imkanları tükənib, biz siyasətimizi dərhal dəyişəcəyik. Biz diplomatik səyləri göstərmişik. Birləşmiş Millətlər Təşkilatında bu prosesi başlamışıq. Orada GUAM ölkələri tərəfindən keçmiş Sovet İttifaqı məkanında dondurulmuş münaqişələr məsələsi müzakirəyə çıxarıldı. İndi bu, Birləşmiş Millətlər Təşkilatının gündəliyindədir.
Biz bu məsələni Avropa Şurasında qaldırdıq. Artıq qeyd etdim ki, 2005-ci ildə Avropa Şurası qətnamə qəbul etdi və orada Ermənistanı təcavüzkar kimi pislədi. 1990-cı illərin əvvəllərində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edibdir. Eyni zamanda, biz ATƏT-in Minsk qrupu ilə işləyirik ki, məsələni dinc yolla həll edək. İndi Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi var, onunla da işləyirik. Yəni bu, bizim müzakirələrimizin əsas mövzusudur. Bir sözlə, bütün mümkün vasitələrdən istifadə etmək istəyirik. Sonda isə biz öz qarşımızda üzüağ olmaq istəyirik. Bəli, demək istəyirik ki, biz məsələnin dinc yolla həlli üçün hər şeyi etdik, lakin bu, baş vermədi.
Lakin, eyni zamanda, biz hərbi potensialımızı möhkəmləndiririk. Bu sirr deyil, cəmiyyətə bildirilir. Biz son 3-4 il ərzində öz hərbi büdcəmizi təxminən 10 dəfə artırmışıq. Bu gün Azərbaycanın hərbi büdcəsinin həcmi 1 milyard ABŞ dollarıdır. Bu da bütün Ermənistanın büdcəsinə bərabərdir. Biz bunu gələcəkdə daha da artıracağıq, yenə də artıracağıq. Biz Müdafiə Sənayesi Nazirliyi yaratmışıq. Gələcəkdə ölkəmiz üçün, Azərbaycana tələb olunan malları istehsal edə biləcəyik.
Burada güclü müxalifətin olması ilə bağlı sual verildi. Mən bununla razıyam, bizim sözün əsl mənasında güclü müxalifətə ehtiyacımız var. Amma bizim günahımız deyil ki, bu sahədə bəxtimiz gətirməyibdir. Mən bu məsələdə kömək edə bilmərəm. Bu, mənim imkanlarımdan kənardadır. Prezidentlər bir çox işləri görə bilər, lakin müxalifəti gücləndirmək, bu, prezidentlərin səlahiyyətlərindən kənardadır.
Amma ciddi danışsaq, mən hesab edirəm ki, müxalifətin daha da güclənməsi üçün, onların siyasi işlərdə rolunun artması üçün dəyişikliklər lazımdır. Çünki cəmiyyət dəyişir, insanlar dəyişir, biz də dəyişirik. Azərbaycanda yeni prezident seçilibdir və üç ildir fəaliyyət göstərir. Lakin siz görərsiniz ki, həmin insanlar, müxalifətçilər arasında 15 il bundan əvvəlki eyni şəxslər dayanır.
Onlar eyni məsələlər haqqında düşünürlər. Bütün seçkiləri - 1993-cü ildə, 1998-ci ildə, 2003-cü ildə prezident seçkilərini, 1995-ci ildə, 2000-ci ildə və 2005-ci ildə parlament seçkilərini uduzdular, böyük fərqlə uduzdular. Həmin seçkilərdə siyasi partiyaların rəhbərləri uğursuzluğa düçar oldular. Belə olan halda rəhbərlər istefa verməli, yeni nəsil üçün yollar açmalıdırlar. Azərbaycan cəmiyyətində bir çox istedadlı şəxslər var ki, onlar mütləq şəkildə hökumətin fikrini bölüşmürlər. Amma onlar həmin ənənəvi müxalifətçilər tərəfindən hər hansı imkandan məhrumdurlar, onlara dəstək verilmir.
Ona görə mən də müxalifətə məsləhət görərdim ki, əgər güclənmək istəyirsə, dəyişsin, xüsusən də rəhbərləri dəyişsin. Siyasi baxımdan mənim üçün daha asandır ki, növbəti seçkilərdə bir siyasətçi kimi elə mövcud müxalifət liderləri ilə rəqabətə çıxım. Amma bir dövlət xadimi, Prezident kimi istərdim ki, Azərbaycanda normal siyasi sistem olsun. Səmimi desək, normal siyasi sistem hələ yoxdur. Amma bu, bizim günahımız deyildir. Bəzi sahələr var ki, onlar yüz faiz bizdən asılıdır. Siyasi, iqtisadi, xarici işlər, sosial məsələlər, Avratlantik strukturlara inteqrasiya - bunlarda hökumət yüz faizlik uğur əldə edibdir. Lakin siyasi sistem məsələsinə gəldikdə, nisbət əlli-əlliyədir.
Yeri gəlmişkən, sizə maraqlı bir məsələni söyləyim, o, bu suala cavabdır. Bir neçə ay bundan əvvəl hesab edirdik ki, müxalifət tamamilə ruhdan düşüb və artıq yoxa çıxmaq üzrədir. Mən bir görüş zamanı ictimaiyyətin qarşısında müraciət etdim ki, hökumətlə müxalifət arasında dialoq təşkil olunsun. Mən bunu bilərəkdən etmək fikrində deyildim. Çünki hətta cəmiyyətin özünün də yadından çıxmışdır ki, müxalifət var, ya yox. Lakin mən hesab edirdim, onlara şans verilməsi vacib idi ki, oyansınlar. Bilirsiniz nə baş verdi? Bəziləri, hansılar ki, deyirdilər gəlin hökumətlə, Prezidentlə dialoqa başlayaq, dərhal onların “keçmiş qvardiyası” tərəfindən satqın kimi təsvir olundular. Onlara deyildi ki, əgər siz hökumətlə danışsanız, müxalifətin satqınısınız, onun ideyalarının satqınısınız. Mən bilmirəm, ümumiyyətlə, müxalifətin hansı ideyaları var. Çünki bizim siyasi-iqtisadi gündəliyimiz ölkənin bütün tələbatlarını əhatə edir. Real vəziyyət bundan ibarətdir. Ona görə biz müxalifət məsələsində bir şey edə bilmərik. Amma sizə vəd edirəm ki, mən qayıdandan sonra çalışacağam ki, onları daha da stimullaşdırım.
ANDREAS ŞOPENHOFF: Cənab Prezident, təşəkkür edirəm.
Görüş zamanı səsləndirilmiş suallar onu göstərir ki, Almaniyada Azərbaycana böyük maraq var. İcazə verin, ölkənizi özünəməxsus formada təsvir etdiyinizə görə Sizə öz minnətdarlığımızı bildirək. Çıxışınız olduqca praqmatik oldu. Bu, işbirliyimizin, əməkdaşlığımızın genişləndirilməsinə və intensivləşdirilməsinə bir təkan idi. Söhbət, təkcə iqtisadi əməkdaşlıqdan getmir. Cənab Vilhelm Ştaudaxer giriş nitqində qeyd etdi ki, Konrad Adenauer Fondu öz fəaliyyətini regionda, xüsusilə də Sizin ölkənizdə intensivləşdirəcəkdir. Mənə elə gəlir, bu çox perspektivli bir siyasi fəaliyyət olacaqdır. Ölkənizin iqtisadi potensialı göstərir ki, Siz bizim çox etibarlı siyasi tərəfdaşımızsınız. Bizimlə qonşu olduğunuzu bir daha deməyə ehtiyac yoxdur. Çünki bu, artıq hamıya bəllidir.
Cənab Prezident, bir daha çox sağ olun.
Vilhelm Ştaudaxerin xahişi ilə Sizi Konrad Adenauer Fondu adından təşkil olunan qəbulda fikir mübadiləsini davam etdirməyə dəvət edirik.
Cənab Prezident, Siz artıq ikinci dəfədir ki, Almaniyaya rəsmi səfər edirsiniz. Arzu edirik ki, bu cür görüşlərimiz gələcəkdə daha da çox olsun.

X X X

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra fikir mübadiləsi səmimi süfrə başında davam etdirildi.
Azərbaycan Prezidenti İlham Əliyevin əhatəli və dolğun çıxışından təsirlənən, Azərbaycan reallıqları barədə ətraflı məlumat alan tədbir iştirakçıları böyük həvəslə dövlətimizin başçısı ilə söhbət edir, xalqımıza, Vətənimizə dərin rəğbətlərini ifadə edirdilər.
Ümumiyyətlə, bu tədbir Almaniyada Azərbaycana nə qədər böyük marağın olmasının daha bir əyani təzahürü idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması oların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların ortaaylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir