Xaçmazda 20 mindən çox həmişəyaşıl və dekorativ ağac əkilib
Xaçmaz, 12 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonu ərazisində son bir ildə 20 mindən çox həmişəyaşıl və dekorativ ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaşıllıq zolaqları əsasən Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsinin kənarlarında, rayonun giriş hissəsində, eləcə də şəhər, qəsəbə və kənd ərazilərində salınıb.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yeni yaşıllıqların salınması, eləcə də əkilən ağaclara qulluq göstərilməsi məqsədilə həftəsonu müxtəlif idarə və müəssisələrin, yerli bələdiyyə və icra nümayəndəliklərinin iştirakı ilə ümumrayon iməciliyi təşkil olunub.
İməcilikdə Vətən müharibəsi şəhidlərinin, Xocalı faciəsi qurbanlarının xatirəsinə əkilən ağaclara qulluq göstərilib. Bundan başqa, əkilən ağacların suvarılması təmin edilib, eləcə də park və meydanlar tullantı və alaq otlarından təmizlənib.