Xaçmazda yerləşən çimərliklər tullantılardan təmizlənir
Xaçmaz, 14 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun turizm zonalarında yerləşən çimərliklərdə təmizlik aksiyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sahilboyu ərazilərin təmizlənməsinə mənzil kommunal təsərrüfatı idarəsinin, yerli icra nümayəndəliklərinin və bələdiyyənin işçiləri cəlb olunub. Bu günə kimi Niyazabad çimərliklərində üç kilometr məsafədə sahil zolağından 5 tondan çox məişət tullantısı yığılıb. Toplanan zibillər xüsusi ayrılmış məntəqələrdə yandırılaraq məhv edilir.
Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil olmaqla, bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi nəzərdə tutulub.