Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROVUN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Hörmətli görüş iştirakçıları!

Müstəqil Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prinsipləri ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur. İndiki mərhələdə qarşımızda duran yeni vəzifələr bu prinsiplərin əsasında ardıcıl işin aparılmasını və konkret addımların atılmasını tələb edir.

Hələ keçən il Prezident Heydər Əliyevin iştirakı ilə belə görüşün keçirilməsi nəzərdə tutulmuşdu. Amma əfsuslar olsun ki, onun səhhəti buna imkan vermədi.

2001-ci il iyunun 8-də qəbul olunmuş “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Xarici İşlər Nazirliyinin fəaliyyətinin tənzimlənməsinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaradır. Azərbaycanın diplomatik xidmətinin indiki vəziyyətini aşağıdakı rəqəmlərlə təsvir etmək olar.

Azərbaycan 156 ölkə ilə diplomatik əlaqələr qurmuşdur. Azərbaycanda 63 səfirlik akkreditə olunmuşdur. Bakıda iqamətgahı olan 26 səfirlik və 16 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın xaricdə 21 səfirliyi, 5 daimi nümayəndəliyi, iki baş konsulluğu və iki fəxri konsulluğu fəaliyyət göstərir. Yaxın zamanda Bolqarıstan, Belarus, İndoneziya, Küveyt, Kanada, Latviya, Hindistan, Macarıstan, Yaponiya və Yunanıstanda səfirliklərin açılması planlaşdırılır. Azərbaycan 44 beynəlxalq və regional təşkilatın üzvüdür. Bu təşkilatlarda 22 azərbaycanlı çalışır. Azərbaycan 250 çoxtərəfli beynəlxalq müqavilələrə qoşulmuşdur.

Azərbaycanın diplomatik nümayəndəlikləri ölkənin xarici siyasətini həyata keçirən qurumlardır və onların işində səmərəliliyin artırılması bu gün ən mühüm məsələlərdən biridir. Buna nail olmaq üçün onların işində təşəbbüskarlıq gücləndirilməli, fəallıq və məsuliyyət artırılmalıdır. Müasir dövrdə Azərbaycanın diplomatik xidmətinin əsas vəzifələri sırasında aşağıdakı məsələlər durur.

İlk növbədə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin ədalətli həll olunması istiqamətində diplomatik nümayəndəliklərin müvafiq işi gücləndirilməlidir. Ermənistanın Azərbaycan xalqı haqqında mənfi təəssürat yaratmaq istiqamətində apardığı təbliğatla davamlı mübarizə diplomatik nümayəndəliklərimizin əsas vəzifələrindən biri olmalıdır. Müasir informasiya texnologiyasından istifadə edərək, Azərbaycanda və xaricdə informasiya və təbliğat işi gücləndirilməlidir. Qaçqın və məcburi köçkünlərimizə humanitar yardımların davam etdirilməsi istiqamətində fəaliyyət göstərilməlidir. Xaricdəki nümayəndəliklərimiz yerləşdikləri ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan haqqında yayılan məlumatları diqqətlə izləyib təhlil etməli və Xarici İşlər Nazirliyinə vaxtında məlumat verməli, eyni zamanda, o məlumatlara yerlərdə rəy bildirməlidirlər.

Diplomatik nümayəndəliklərin işində iqtisadi məsələlər də mühüm yer tutmalıdır. Azərbaycanın iqtisadi inkişafı, sərmayə qoyuluşu haqqında məlumat hazırlanmalı və müvafiq təşkilati işlər aparılmalıdır. Xaricdə yaşayan Azərbaycan diasporu ilə iş gücləndirilməlidir. Onlarla əlaqələrin genişlənməsi sahəsində iş davam etdirilməlidir. Azərbaycanın xaricdəki hüquqi və fiziki şəxslərinin hüquqları və maraqlarının qorunması vacib məsələdir. Bununla bağlı xaricdə yaşayan Azərbaycan vətəndaşlarının pasport, viza və digər konsul məsələlərinə daim diqqət göstərilməlidir. Azərbaycanın digər dövlət qurumları ilə, eləcə də müstəqil tədqiqat təşkilatları ilə əməkdaşlıqda Xarici İşlər Nazirliyində analitik işin gücləndirilməsi təmin edilməlidir.

Xarici İşlər Nazirliyi ölkəmizin xarici siyasətinə birbaşa təsir edən xarici siyasət, milli təhlükəsizlik və hərbi konsepsiyalar kimi mühüm konseptual sənədlərin işlənib hazırlanmasında aparıcı rol oynamağa hazırdır. Xarici İşlər Nazirliyi Milli Məclislə gündəlik əməkdaşlığın, eləcə də beynəlxalq parlamentlərarası əməkdaşlığın inkişafında iştirak etməlidir. Qloballaşma şəraitində xaricdə Azərbaycanın maraqlarını təmin etmək üçün Xarici İşlər Nazirliyinin əlaqələndirici rolu faktiki işlə təmin olunmalıdır.

Bir sıra məsələlərlə yanaşı, bu məqsədlə Xarici İşlər Nazirliyi ölkəmizin xarici siyasətinin prioritet məsələlərinə dair rəsmi mövqeləri əks etdirən sənədləri hazırlayıb Azərbaycanın digər dövlət qurumlarına təhvil verir.

Nazirliyin daxili strukturu təkmilləşdirilməli və ölkəmizin xarici siyasət prioritetlərinə uyğunlaşdırılmalıdır. Bununla bağlı nazirliyin bəzi idarələri və şöbələri ləğv olunacaq, bəziləri isə yenidən qurulacaqdır. Avropa qurumlarına inteqrasiya məsələləri, arxiv məsələləri üzrə bölmələr, təlim mərkəzi və digər struktur bölmələri təsis olunacaqdır. Nazirliyin kollegiyası yaradılmalıdır. Bununla bağlı təkliflər artıq Nazirlər Kabinetinə göndərilmişdir.

Yerli və xarici kütləvi informasiya vasitələri ilə iş gücləndirilməlidir. Keçirilmiş tədbirlər, baş vermiş hadisələr və xarici siyasətin ayrı-ayrı məsələlərinə dair dövlətimizin mövqeyi haqqında müəyyən olunmuş qaydada mətbuat nümayəndələri üçün brifinq keçirilməlidir. İnternet vasitəsilə təbliğat və məlumat işi genişləndirilməlidir.

Diplomatik xidmət ən layiqli və müasir tələblərə cavab verən kadrlarla təmin olunmalıdır. Xarici İşlər Nazirliyi bu istiqamətdə müəyyən iş aparır. Kadr siyasətində şəffaflıq, aşkarlıq, obyektivlik, peşəkarlıq, operativlik, kadrların seçilməsində aydın prinsiplərin müəyyən olunması, Xarici İşlər Nazirliyinə işə qəbul edilmədə və diplomatik nümayəndəliklərə ezam olunmada test sistemlərinin işlənib hazırlanması və tətbiqi, rotasiya prinsipi və sair təmin edilməlidir.

Çıxışıma yekun vuraraq demək istəyirəm ki, Azərbaycanın diplomatik xidməti müstəqilliyimizin bərpasından sonrakı dövrdə yeni şəraitdə formalaşmışdır. Diplomatik xidmət orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi sahəsində hələ çox iş görülməlidir. Yuxarıda göstərdiyim məsələlər onların yalnız bir hissəsini təşkil edir.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, Azərbaycanın diplomatik xidmət orqanlarının bütün əməkdaşları Sizin tərəfinizdən onlara tapşırılan məsələlərin yerinə yetirilməsində öz səylərini əsirgəməyəcəklər.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə geniş nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağışlı hava şəraiti sabah da davam edəcək

Baş prokuror: Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – Dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb