Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident,

Hörmətli müşavirə iştirakçıları,

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin artıq mütəmadi xarakter almış müşavirələri görülən işlərə qiymət vermək, fəaliyyətimizin daha keyfiyyətli təşkilini təmin etmək, müvafiq dövlət qurumları ilə mövcud əlaqələrin səviyyəsini yüksəltmək nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir.

Möhtərəm cənab Prezident,

Birinci müşavirədə Sizin verdiyiniz göstərişlərin diplomatik xidmət

orqanları tərəfindən yerinə yetirilməsinə xüsusi əhəmiyyət verilmiş, müşavirədə səslənmiş təklif və fikirlər ciddi təhlil olunmuş, fəaliyyətimizin planlaşdırılmasında və praktik işimizdə nəzərə alınmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin

suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həlli məsələsi hesabat dövründə də diplomatik xidmət orqanlarının işinin ən başlıca istiqaməti olaraq qalmışdır.

Azərbaycanın işğal olunmuş bütün ərazilərinin azad edilməsinin

zəruriliyinə, didərgin salınmış əhalinin doğma yerlərinə qayıtmasına və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşamasına əsaslanan strategiya Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ardıcıl surətdə həyata keçirilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq

təşkilatların diqqətində qalmaqda davam etmişdir. Belə ki, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul edilmiş qətnaməsində Azərbaycan ərazilərinin işğal edilməsi və orada etnik təmizləmə aparılması faktı öz təsdiqini tapmışdır. İslam Konfransı Təşkilatının 3-cü fövqəladə zirvə görüşü və xarici işlər nazirlərinin 32-ci və 33-cü konfransları zamanı təşkilata üzv olan dövlətlər Ermənistanın davam edən təcavüzünü pisləyərək, ölkəmizlə həmrəy olduqlarını bir daha təsdiqləmişlər.

Hesabat dövründə xarici siyasətimizin prioritetlərindən biri olan

beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq üzrə fəaliyyətimiz davam etdirilmişdir.

BMT çərçivəsində səylərimizin daha da artırılması öz bəhrəsini verməyə başlamışdır. Belə ki, Azərbaycan yeni yaradılmış BMT-nin İnsan Hüquqları Şurasının tərkibinə cari ildə keçirilən ilk seçkilərdə bu nüfuzlu qurumun üzvü seçilmişdir.

Ötən dövr ərzində Azərbaycan terrorizmə, transmilli mütəşəkkil

cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə və digər növ təhlükəli cinayətlərə qarşı BMT və Avratlantik tərəfdaşlığı çərçivəsində beynəlxalq mübarizədə iştirakını davam etdirmişdir.

Hazırda uğurla həyata keçirilən “Fərdi tərəfdaşlığın fəaliyyət planı”

Azərbaycanın NATO ilə inteqrasiya əlaqələrinin inkişafı prosesində mühüm amilə çevrilmişdir.

Avropa qonşuluq siyasəti çərçivəsində Fəaliyyət planının işlənib hazırlanması Avropa İttifaqı ilə tərəfdaşlığımızın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Aparılmış danışıqlar nəticəsində Fəaliyyət planının razılaşdırılması artıq son mərhələyə çatmışdır.

ATƏT ilə əməkdaşlıq ardıcıl surətdə davam etdirilmiş, hərbi-siyasi, iqtisadi-ekoloji və insan ölçüləri üzrə ATƏT-lə ölkəmiz arasında sıx əlaqələrin təmin olunması istiqamətində iş aparılmışdır.

Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində fəaliyyətini daim diqqət mərkəzində saxlayır. İKT ölkələri xarici işlər nazirlərinin Bakıda keçirilmiş 33-cü konfransından sonra Azərbaycan öz sədrliyi çərçivəsində artıq işə başlayıb, İKT-dən olan həmkarları ilə məsləhətləşmələr aparır və sıx əlaqələr qurur. Azərbaycan Livanda baş verən son hadisələrlə bağlı BMT və İKT çərçivəsində fəal səylər göstərmişdir.

Azərbaycan ilə YUNESKO arasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksələrək, ölkəmizin humanitar siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Ölkəmiz YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilmiş, bir sıra tarixi və mədəni abidələrimizin YUNESKO-nun Dünya irsi siyahısına salınması istiqamətində məqsədyönlü iş aparılır.

Bu il keçirilmiş zirvə görüşündə beynəlxalq regional təşkilat statusuna malik olmuş GUAM-ın üzv dövlətləri arasında onların ərazilərində mövcud münaqişələrin həlli ilə bağlı yekdil mövqeyin formalaşdırılması, səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin təmin edilməsi sahəsində əməkdaşlıq inkişaf edir.

Hesabat dövründə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünə dair danışıqlar davam etdirilmiş, İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə və nazirlər görüşləri, eləcə də, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər iqtisadi yönümlü beynəlxalq təşkilatların mühüm tədbirləri təşkil edilmişdir.

İkitərəfli münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi XİN-in daim diqqət mərkəzində saxlanılmışdır.

Dövlət və hökumət başçıları, parlamentlərin və xarici işlər

nazirliklərinin rəhbərləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilmiş, birgə hökumətlərarası komissiyaların və işçi qrupların iclasları təşkil olunmuş və dövlətlərarası müqavilə-hüquq bazasının genişləndirilməsi prosesi davam etdirilmişdir. Hesabat dövründə Azərbaycanın 39 beynəlxalq konvensiyaya qoşulması təmin olunmuş, ölkəmizin digər dövlətlərlə müxtəlif sahələri əhatə edən 300 müqavilənin hazırlanması və imzalanması təşkil edilmişdir.

Son iki il ərzində Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığı daha da möhkəmlənmiş və genişlənmişdir. Azərbaycan Respublikası Prezidentinin ABŞ-a 2006-cı ildəki səfəri ölkələrimizin münasibətlərində yeni səhifə açmış və əlaqələrimizin inkişafına təkan vermişdir.

Rusiya ilə Azərbaycan arasında olan strateji tərəfdaşlıq münasibətləri üçün yüksək səviyyədə intensiv dialoq, ticarət-iqtisadi əlaqələrin artan templə inkişafı, humanitar və başqa sahələrdə fəal qarşılıqlı əməkdaşlıq səciyyəvidir.

Türkiyə Azərbaycanın ən etibarlı strateji tərəfdaşı olaraq, qlobal enerji-nəqliyyat layihələri, dünya siyasətinin və iqtisadiyyatının aktual məsələləri üzrə ölkəmizlə eyni mövqedən çıxış edir.

Son iki ildə ölkəmiz ilə Almaniya, Avstriya, Fransa, İngiltərə, İtaliya, Latviya, Litva, Macarıstan, Polşa və Rumıniya arasında iqtisadi əməkdaşlıq və siyasi dialoq intensiv şəkildə inkişaf etməkdədir.

Azərbaycanın İran ilə də əlaqələri inkişaf etmişdir. İki ölkənin prezidentləri səviyyəsində həyata keçirilmiş səfərlər nəticəsində ölkələrimiz arasında olan münasibətlər yeni mərhələyə qaldırılmış, ikitərəfli əlaqələrimizin inkişafına təkan verilmişdir.

Çin, Yaponiya və Cənubi Koreya ilə siyasi, iqtisadi, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Bir sıra yüksək səviyyəli səfərlər təşkil olunmuş, çoxsaylı sənədlər imzalanmışdır.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı, habelə Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və Oman arasında əlaqələrin inkişafı davam edir, bir çox sahələrdə fəal dialoq mövcuddur.

İndoneziya, Pakistan, Malayziya və Bruney ilə əlaqələr genişlənir, onların inkişafı istiqamətində konkret addımlar atılmışdır.

Mərkəzi Asiya ölkələri ilə olan ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz Azərbaycan Prezidentinin 2004-cü ildə Qazaxıstana, 2005-ci ildə isə Özbəkistana rəsmi səfərləri zamanı bir daha nümayiş olunmuşdur.

Siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlara malik olan Latın Amerikası bölgəsi ilə Azərbaycan arasında əlaqələr ötən müddət ərzində genişlənmiş, təkmilləşdirilən müqavilə-hüquq bazası münasibətlərin inkişafına əlverişli şərait yaratmışdır.

Xarici siyasətin əsas istiqamətlərindən olan iqtisadi meyar üzrə XİN-in davamlı fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi potensialını və işgüzar mühitini, azad biznesin inkişafı üçün yaradılmış əlverişli şəraiti nümayiş etdirən investisiya və biznes forumları, habelə xarici ölkələrin hökumət və özəl sektorunun nümayəndələrinin ölkəmizə səfərləri təşkil edilmişdir.

Ötən dövr ərzində insan hüquqları və demokratikləşmə sahələrində XİN-in fəaliyyəti davam etdirilmişdir. Belə ki, 2005-ci ildə ölkəmizdə keçirilmiş parlament seçkiləri ilə bağlı XİN-in apardığı məqsədyönlü fəaliyyət nəticəsində seçkilər haqqında düzgün və obyektiv məlumat beynəlxalq ictimaiyyətə çatdırılmışdır.

Xarici İşlər Nazirliyi mətbuat, informasiya və təbliğat sahəsində də bir sıra irəliləyişlərə nail olmuşdur. Yüksək səviyyəli xarici qonaqların ölkəmizə səfərləri və keçirilmiş görüşlər barədə mütəmadi olaraq mətbuat konfransları və brifinqlər təşkil edilir, bu görüşlər mətbuatda işıqlandırılır, müxtəlif ölkədaxili, regional və beynəlxalq məsələlərə dair XİN-in mövqeyi press-relizlərdə əks etdirilir. Diplomatik nümayəndəliklərimiz mütəmadi olaraq XİN tərəfindən təmin edildikləri təbliğat materiallarını və ölkəmiz haqqında məlumatı xaricdə yayırlar. Bir sıra xarici kütləvi informasiya vasitələrində, jurnal və qəzetlərdə Azərbaycan haqqında məlumatlar öz əksini tapmış, televiziya kanallarında ölkəmizə dair verilişlər nümayiş etdirilmişdir.

Konsulluq-hüquq məsələləri Xarici İşlər Nazirliyinin işinin mühüm tərkib hissəsini təşkil edir. Hesabat dövründə bir sıra ölkələrlə müvafiq sənədlər imzalanmış, bir çox saziş layihələri Nazirlər Kabinetinə təqdim olunmuşdur. Bəzi qanunlara və Konsulluq Nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanıbdır. 2005-ci ildə konsulluq əməliyyatlarına görə 5.172.840 ABŞ dolları, cari ilin birinci yarısında isə 2.500.000 ABŞ dollarından artıq məbləğdə rüsum tutularaq, dövlət büdcəsinə köçürülübdür.

Möhtərəm cənab Prezident,

Ölkəmizin beynəlxalq əlaqələr sistemində tutduğu yeri nümayiş etdirmək üçün bildirmək istərdim ki, bu günə olan vəziyyətə görə 160 ölkə Azərbaycan Respublikası ilə diplomatik əlaqə qurmuşdur. Azərbaycanda Bakıda iqamətgahı olan 30 səfirlik, 2 baş konsulluq, beynəlxalq təşkilatların 12 nümayəndəliyi, 7 fəxri konsulluq fəaliyyət göstərir. İqamətgahları digər şəhərlərdə olan 43 diplomatik nümayəndəliyin rəhbərləri də Azərbaycanda akkreditə edilmişdir.

Hazırda Azərbaycanın xaricdə 37 səfirliyi, beynəlxalq təşkilatlar yanında 4 nümayəndəliyi, 5 baş konsulluğu, 1 konsulluğu, 2 fəxri konsulluğu fəaliyyət göstərir. Onlardan 20-si 2004–2006-cı illərdə fəaliyyətə başlayıbdır. Hazırda Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında 278 diplomat çalışır.

Normativ-hüquq bazasının təkmilləşdirilməsi məqsədi ilə səfirliklər və daimi nümayəndəliklər haqqında əsasnamələr, XİN-ə işə qəbul qaydaları təsdiq edilmiş, konsulluqlar haqqında əsasnamə, diplomatik xidmət işçilərinin attestasiya qaydaları və diplomatik nümayəndəliklərin maliyyə təminatı qaydaları üzrə iş yekun mərhələsindədir. “Diplomatik xidmət haqqında” qanunun və “Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin yeni variantları üzrə iş gedir. Azərbaycan Respublikasının vahid xarici siyasət xəttinin həyata keçirilməsində Xarici İşlər Nazirliyinin əlaqələndirici rolunun gücləndirilməsi haqqında fərmanın layihəsi Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuşdur.

Diplomatik xidmət orqanlarının sisteminə rəhbərliyin və nəzarətin lazımi səviyyədə təşkili məqsədi ilə onların işinin uzunmüddətli planlaşdırılması və müvafiq hesabatların təqdim olunması təmin edilmişdir.

Diplomatik xidməti layiqli kadrlarla təmin etmək məqsədi ilə hesabat dövründə diplomatik xidmətə qəbul artıq iki dəfə müsabiqə əsasında keçirilmişdir. Mövcud kadrlarımızın peşəkarlığının artırılması məqsədi ilə nazirlikdə təlim və ixtisasartırma kursları təşkil edilmişdir.

Nazirliyin strukturunun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Ötən iki illik müddət ərzində nazirliyin Kollegiyası və bir sıra yeni struktur bölmələri yaradılmış, nazirliyin Diplomatik Akademiyası təsis edilmişdir. Belə ki, XİN-də 21 struktur bölmə (17 idarə, 4 şöbə) fəaliyyət göstərir.

Möhtərəm cənab Prezident,

Çıxışımın sonunda qeyd etmək istərdim ki, Azərbaycan diplomatik xidmət orqanlarının qarşısında həyata keçirilməsi zəruri olan hələ çox vəzifələr durur. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları Sizin tərəfinizdən onlara tapşırılan vəzifələrin yerinə yetirilməsində öz əməklərini əsirgəməyəcəklər.

Diqqətinizə görə sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə nitq söylədi.

(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci

səhifəsində dərc olunur).

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev nazirliyin binasının qarşısında müşavirə iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb