XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Səmimi görüşə görə təşəkkürünü bildirən A.Quidetti, Azərbaycana səfərindən məmnun olduğunu bildirmiş, İsveçrənin ölkəmizlə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu vurğulamış və dövlətlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini söyləmişdir. Səfir Azərbaycanda sosial–iqtisadi sahələrdə uğurla aparılan islahatlara toxunaraq, ölkəmizin iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini bildirmişdir.
Nazir E.Məmmədyarov Azərbaycanın İsveçrə ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirmiş, əlaqələrin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulamışdır. Nazir regionda irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi, həmçinin ölkəmizin rəhbərliyi tərəfindən neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilməsi sayəsində Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etdiyini vurğulamışdır.
Nazir E.Məmmədyarov Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətinin acı nəticələrindən danışmış, münaqişənin Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində indiyədək həll edilməməsinin ümumilikdə regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə ciddi təhlükə olduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.