SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Sentyabrın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ünal Çeviközü qəbul etmişdir.
Görüş zamanı Vilayət Quliyev və Ünal Çeviköz Türkiyə ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin və işgüzar əlaqələrin daha da genişlənməsinə, ölkələrimiz arasındakı səmərəli əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduqlarını vurğulamışlar.
Söhbət zamanı Vilayət Quliyev və Ünal Çeviköz bu ilin oktyabr ayının 12-də İstanbulda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin xarici işlər nazirləri Şurasının 12-ci iclasında müzakirə olunacaq bir sıra məsələlər barədə fikir mübadiləsi aparmışlar. Xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qarşıdan gələn 57-ci sessiyasi zamanı türkiyəli həmkarı ilə də bu və ya digər məsələlər ətrafında fikir mübadiləsi aparacağını qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.