XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Sentyabrın 25-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev ATƏT-in Baş katibinin baş polis müşaviri Riçard Monku qəbul etmişdir.
Vilayət Quliyev qonağın Bakıya səfərinin ATƏT ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi, o cümlədən ölkəmizin polis sisteminin peşəkarlıq səviyyəsinin yüksəlməsi üçün faydalı olacağını ümid etdiyini bildirmişdir.
Nazir dünya birliyinin, o cümlədən Azərbaycanın beynəlaxlq terrorizmə qarşı mübarizə apardığı dövrdə ATƏT-in bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmiş, ölkəmizin polis orqanları əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində Azərbaycan ilə ATƏT arasındakı əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulamışdır.
Xarici siyasət idarəsinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat vermişdir.
Cənab Riçard Monk ATƏT ilə Azərbaycan arasındakı əlaqələrin möhkəmlənməsinə tərəfdar olduğunu vurğulayaraq, bu istiqamətdə səmərəli əməkdaşlığın genişlənəcəyinə ümid bəslədiyini söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]