XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Oktyabrın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tasım Cəmili qəbul etmişdir.
Görüş zamanı səfir Tasım Cəmil ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndirmiş və Rumıniya Prezidenti İon İlieskunun oktyabr ayının 29-30-da Azərbaycana nəzərdə tutulmuş rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.
Sonra səfir öz ölkəsinin xarici işlər naziri Mirçea Geoananın Rumıniyaya rəsmi səfər barədə dəvətini nazir Vilayət Quliyevə təqdim etmişdir.
Xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev Rumıniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinə böyük əhəmiyyət verdiyini vurğulayaraq, qarşılıqlı surətdə faydalı əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu söyləmişdir.
Sonra nazir Vilayət Quliyev və səfir Tasım Cəmil Rumıniyanın Prezidenti İon İlieskunun Azərbaycana nəzərdə tutulmuş rəsmi səfəri ilə bağlı bəzi məsələləri müzakirə etmişlər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]