Xarkov meri uğrunda keçiriləcək seçkilərdə soydaşımızın da namizədliyi qeydə alınıb
Xarkov, 4 oktyabr, AZƏRTAC
Ukraynanın ikinci böyük şəhəri olan Xarkov meri uğrunda keçiriləcək seçkilərdə soydaşımız da mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, oktyabrın 30-da şəhər meri uğrunda keçiriləcək seçkilərdə Mustafayeva Alina Elman qızının da namizədliyi qeydə alınıb. 29 yaşlı Alina Mustafayeva 2019-cu ildə Karazin adına Xarkov Milli Universitetinin Tibb fakültəsini bitirib. Xarkovda fəal ictimai-siyasi xadim kimi tanınır. 2020-ci ildə hakim “Xalqın xidmətçisi” partiyasından Xarkov şəhər Şurasının deputatıdır.
Xarkov merinə seçkilərdə namizədlərin qeydiyyatı sentyabrın 30-da başa çatıb. 13 nəfərin namizədliyi qeydə alınıb. Oktyabrın 8-də Mərkəzi Seçki Komissiyası namizədləri rəsmi elan edəcək.
Onu da qeyd edək ki, soydaşımız qeydə alınan namizədlər arasında yeganə qadın namizəddir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]