Xətai rayonunda avtomobildə yanğın baş verib VİDEO
Bakı, 2 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu G.Ə.Şıxlınski küçəsi, 37 ünvanında avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2107” markalı 77-GD-429 dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş verməsi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda park vəziyyətində olan digər avtomobillər yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:04]
Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər
- 06.10.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [11:32]
Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir
- 06.10.2026 [11:29]
FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb
- 06.10.2026 [10:57]
AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də
- 06.10.2026 [10:52]