XEYRİYYƏ TƏDBİRİ
Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 140 nömrəli orta məktəbdə - “Oriqami” birliyinin baza məktəbində keçirilən tədbirdə yetim və valideyn himayəsindən məhrum 100 uşağa çantalar və məktəb ləvazimatı paylanmışdır. Birliyin rəhbəri Namiq Nəcəfov demişdir ki, xeyriyyə tədbiri BMT-nin Uşaq Fondu (YUNİSEF), TÜSİAB kimi təşkilatların fəal köməyi, uşaq hüquqları üzrə QHT Alyansının və rayon icra hakimiyyətinin maliyyə dəstəyi tərəfindən keçirilir.
Onun sözlərinə görə, yardım edilən uşaqlar adi həyat tərzi keçirmirlər və bu, özlüyündə onlar üçün stres amilidir. Uşaqların əksəriyyəti bu təzyiqdən əziyyət çəkir və onun öhdəsindən tək gələ bilmir. Bu baxımdan belə tədbirlərin keçirilməsi çox faydalıdır.
“Oriqami” birliyi fəaliyyətini genişləndirərək, 2005-ci ildə “Qayğı” bərpa mərkəzi açmışdır. Burada cəmiyyətdən təcrid olunmuş uşaqlara yardım göstərilir. Bu yay isə birlik yüzlərlə əlil uşağın mütəxəssislərin nəzarəti altında istirahət etdiyi şəhər tipli düşərgə açmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]