Xəzər Universitetinin nəzdindəki “Dünya məktəbi” fəaliyyətini genişləndirir
Bakı, 11 may (AZƏRTAC). Xəzər Universitetinin nəzdindəki “Dünya məktəbi” 2011-2012-ci tədris ili üçün şagird qəbuluna başlayır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Dünya məktəbi”ndə keçirilən “dəyirmi masa”da Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı məktəbin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, beynəlxalq status almış və Beynəlxalq Bakalavr Təşkilatı - (İnternational Baccalaurate Organization) İBO-nun üzvü olan bu təhsil müəssisəsinə qəbul imtahan və müsahibə yolu ilə həyata keçirilir.
Məktəbdə təhsil müvafiq pillələr (məktəbəqədər, ibtidai, əsas (natamam orta) və tam orta təhsil) üzrə aparılır. Burada tam orta təhsilin son iki ilində (X və XI siniflər) ixtisasyönümlü təhsil həyata keçirilir.
Məktəbdə ingilis dilində İB Diplom Proqramının fəaliyyət göstərdiyini xatırladan professor H.İsaxanlı diqqətə çatdırmışdır ki, təhsil müəssisəsini bitirən şagirdlər beynəlxalq İB diplomu və eyni zamanda, attestat alırlar. Burada ingilis dili dərsləri dünya standartlarına uyğun aparılır.
Məktəbdə rus, italyan və ərəb dilləri də tədris edilir.
Təhsil müəssisəsində fəaliyyət göstərən monitorinq və qiymətləndirmə şöbəsi fənlər üzrə şagirdlərin bilik səviyyəsinin yoxlanılması və qiymətləndirilməsində obyektivliyin təmin edilməsinə xidmət göstərir.
Digər çıxış edənlər də məktəbdə müasir tələblərə cavab verən tədris şəraitinin yaradıldığını söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]