XII PETERBURQ İQTİSADİ FORUMU İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 7-də Sankt-Peterburqda XII Peterburq iqtisadi forumu işə başlamışdır. Əsas mövzusu Rusiya iqtisadi maraqlarının və qlobal idarəçilik təsisatlarının prioritetləri olan, dünyanın işgüzar elitasını bir yerə cəmləyən forumda Azərbaycanı maliyyə naziri Samir Şərifov təmsil edir. S.Şərifov “MDB: inteqrasiya və əməkdaşlıq yolu ilə iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasına doğru” mövzusunda dəyirmi masada iştirak etmişdir.
Rusiya Prezidenti Dmitri Medvedev forumun açılışındakı çıxışında bildirmişdir ki, Rusiyanın qlobal maliyyə və xammal bazarlarındakı rolu ona dünya maliyyə arxitekturasında aparılan islahatlara dair konkret qərarların müzakirəsində fəal iştirak etmək imkanı verir. Prezident iri maliyyə şirkətlərinin, aparıcı maliyyə analitiklərinin və alimlərin iştirakı ilə beynəlxalq konfrans keçirməyi təklif etmişdir. Rusiya Prezidenti demişdir: “Rusiya bu tədbirin keçirilməsi üçün müvafiq yer təklif etməyə hazırdır. Konfrans gələcəkdə daimi fəaliyyət göstərə, burada irəli sürülən tövsiyələr isə dünya miqyasında siyasi qərarların qəbul edilməsi üçün əsas ola bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]
® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
- 10.06.2026 [13:32]