XİN: Azərbaycanın təşviq etdiyi əsas tranzit yollardan biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycanın coğrafi mövqeyi onun logistika mərkəzinə çevrilməsi üçün böyük imkanlar yaradıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan üzərindən keçməsi regionun iqtisadi inkişafına təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən konfransda Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev deyib.
O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Astara-Rəşt dəmir yolunun tikintisi davam edir: “Yolun tikintisinin maliyyələşdirilməsində problem var və bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir”.
XİN nümayəndəsi nəzərə çatdırıb ki, Azərbaycanın təşviq etdiyi əsas tranzit yollardan biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur: “Bu marşrut Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsi üçün olduqca əhəmiyyətlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]
® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb
- 07.08.2026 [15:46]
® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib
- 07.08.2026 [15:44]
® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim
- 07.08.2026 [15:38]