Xocalı faciəsi yaddaşlara əbədi həkk olunub
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunan təbdir keçirilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə iştirakçılar tələbələrin Xocalı faciəsini əks etdirən rəsm əsərləri ilə tanış olublar.
Tədbirdə universitetin rektoru, professor Ədalət Muradov Xocalı soyqırımının insanlığa qarşı törədilən dəhşətli cinayət olduğunu söyləyib. Soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb.
Heydər Əliyev Fondunun soyqırımı həqiqətlərinin dünyada təbliği istiqamətindəki xidmətlərini qeyd edən rektor, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən danışıb. ADİU-nun tələbələrinin “Xocalıya ədalət!” çağırışına qoşularaq “UNEC’s Khojaly outreach” adlı müsabiqə keçirdikləri bildirilib.
Tədbirdə Xocalıya həsr edilən videoçarx nümayiş olunub, “Xocalı soyqırımı tablosu” tamaşası göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]