Xocavəndli məcburi köçkünlərin enerji təchizatı yaxşılaşdırılır
Bakı, 10 may (AZƏRTAC). Beyləqan rayonunda müvəqqəti məskunlaşmış xocavəndli məcburi köçkünlərin enerji təchizatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir. Onların yaşadıqları ərazidə şəbəkə tam yenidən qurulmuş, istehlakçıların sayğaclaşdırılması davam etdirilmişdir. Müəyyən edilmiş limitdən artıq elektrik enerjisi istehlak olunması nəticəsində ilin əvvəlindən bəri min məcburi köçkün istehlakçı üzrə 45 min manat debitor borc yığılmışdır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, hazırda xocavəndli istehlakçılara 35/10 kilovolt (kV) gücündə yarımstansiya, 10 kilovolt-amperlik (KVA) iki transformator xidmət göstərir və 1200-ə yaxın istehlakçının sayğaclaşdırılmasına hazırlıq görülür. Beyləqan rayonu üzrə təxminən 15 min 300 abonent sayğacla tam təmin olunmuşdur.
Birinci rübün yekunlarına görə, daimi əhali istehlakçı qrupu üzrə ödəniş debitor borclarla birlikdə 101 faizdən çox olmuşdur. Şəbəkə üzrə elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına görə 67 akt tərtib olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]