Xorvatiya COVID-19-la bağlı yeni məhdudiyyətlər tətbiq edir
Zaqreb, 6 noyabr, AZƏRTAC
Xorvatiya hakimiyyəti ölkədə yeni koronavirusa yoluxmaların sayının son 24 saat ərzində rekord həddə çatdığı üçün kütləvi tədbirləri məhdudlaşdırmaq və COVID sertifikatlarının istifadəsini genişləndirmək qərarına gəlib.
Mərkəzi və Şərqi Avropanın çox hissəsində olduğu kimi, Xorvatiyada da son həftələrdə karantin məhdudiyyətlərinin yüngülləşdirilməsi səbəbindən xəstələrin və xəstəxanaya yerləşdirilmələrin sayında böyük artım müşahidə olunub. Xorvatiyanın daxili işlər naziri Davor Bozinoviç qeyd edib ki, şənbə günündən etibarən 50 nəfərə qədər insanın toplaşmasına və yığıncaqların gecə saat 12-də bitməsinə icazə verilir. Qurum rəsmisi onu da bildirib ki, noyabrın ortalarından etibarən ölkədə bütün dövlət qurumlarının, xüsusən də təhsil sahəsində çalışanlar üçün COVID vəsiqəsi tətbiq ediləcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]