Azərbaycan Dövlət İnformasiya Agentliyi

XORVATİYA PREZİDENTİ STEPAN MESİÇİN BƏYANATI

XORVATİYA PREZİDENTİ STEPAN MESİÇİN BƏYANATI

- Prezident Əliyevlə və onun əməkdaşları ilə danışıqlarımız indicə başa çatdı. Mən istər ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri məsələsinə dair, istərsə də hər iki dövlət üçün maraq doğuran geniş formatlı beynəlxalq münasibətlər məsələlərinə dair fikir mübadiləsi apardığımız dostluq və səmimiyyət şəraitindən məmnun qaldım.

Bu mənim Azərbaycan Respublikasına ilk rəsmi səfərimdir, lakin əslində, Prezident Əliyev və mən iki il bundan əvvəl, cənab Prezidentin Zaqrebə səfərinin gedişində əsası qoyulmuş danışıqları bu gün yalnız davam etdirdik. Prezident Əliyevin səfəri ölkələrimizin qarşılıqlı münasibətləri inkişaf etdirməyə hazır olmaları barədə müəyyən mənada işarə idisə, mənim Bakıya səfərim təkcə Xorvatiyanın deyil, həm də Azərbaycanın bu qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılmasına yeni, güclü təkan vermək arzusunu nümayiş etdirməlidir.

Biz ümumi fikirdəyik ki, belə demək olarsa, ikitərəfli münasibətlərin genişlənməsinin açarı iqtisadi əməkdaşlıqdır. Biz hər ikimiz razılaşırıq ki, indiki məqamda iqtisadi əməkdaşlıq lazımi səviyyədə deyil, məsələyə hər iki ölkənin obyektiv mövcud imkanları və maraqları baxımından yanaşdıqda isə, bu əməkdaşlıq qənaətbəxş deyildir. Məhz buna görə də mənimlə birlikdə Xorvatiyanın aparıcı şirkətlərinin nümayəndələri də gəlmişlər. Onlar iqtisadi forumda öz azərbaycanlı həmkarları ilə iqtisadiyyat sahəsində daha yaxşı, daha geniş və daha çoxşaxəli əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

Mənə xoşdur ki, bu səfərim həm də Xorvatiya-Azərbaycan tərəfdaşlıq münasibətlərinin genişlənməsi üçün zəruri tədbir olan hüquqi çərçivələri genişləndirəcək dövlətlərarası saziş imzalanması üçün bir fürsətdir.

Bizim ölkələrimizin münasibətlərində açıq qalan və ya həll edilməmiş məsələlər yoxdur. Biz razılaşdıq ki, ölkələrimizin əməkdaşlığı tam hüquq bərabərliyi və qarşılıqlı mənafelərin təmin edilməsi çərçivəsində həyata keçirilir. Biz həmçinin ümumi fikrə gəldik ki, çoxtərəfli münasibətlər baxımından, ilk növbədə, BMT çərçivəsində əməkdaşlıq üçün imkan vardır. Bununla əlaqədar bəri başdan deyirəm ki, Xorvatiya Respublikası BMT-nin yaşadığımız dünyanın çağırışlarının öhdəsindən daha yaxşı gələ bilməsi üçün əsaslı dəyişikliklər tələb olunduğunu başa düşərək, bu təşkilatda islahatlar aparılması prosesini tamamilə dəstəkləyir.

Biz ölkələrimizin yerləşdiyi regionlarda vəziyyəti də müzakirə etdik. Öz regionlarımızda vəziyyətin sabitləşdirilməsinə konstruktiv töhfəmizi verməyə hazırıq və fikirlərimiz tamamilə üst-üstə düşür ki, gələcəkdə qarşılaşa biləcəyimiz potensial böhranlarla yanaşı, açıq qalan məsələlər və böhran ocaqları mövcuddur, bunları dinc yollarla, danışıqlar vasitəsilə, beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsində təsbit olunmuş prinsiplərə, eləcə də BMT-nin, digər beynəlxalq idarə və təşkilatların mühüm qətnamələrində nəzərdə tutulan müddəalara əsaslanmaqla tənzimləmək lazımdır.

Bu prinsipial mövqe həm regionlardakı vəziyyətə, həm də beynəlxalq aləmdəki şəraitə münasibətdə düzgün mövqedir.

Bu gün burada olduğuma görə şadam və hesab edirəm ki, danışıqlarımız faydalı olmuşdur. Arzum budur ki, bizim qarşılıqlı münasibətlərimiz hər iki ölkənin xeyrinə, bu ölkələrin yerləşdiyi regionların xeyrinə, bütövlükdə beynəlxalq birliyin xeyrinə daha da inkişaf etsin. Bütün səviyyələrdə əlaqələrimizin davam etdirilməsini zəruri sayıram, Prezident Əliyevi isə onun özü üçün münasib hesab etdiyi vaxtda Xorvatiyaya səfərə dəvət etmək istərdim.

Sağ olun!

                                                               X X X

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

- Mənim sualım Xorvatiya Prezidentinədir. Cənab Prezident, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın konkret hansı sahələrdə perspektivləri var?

STEPAN MESİÇ: Danışıqlar zamanı mən qeyd etdim ki, bizim üçün Azərbaycanla əməkdaşlıq çox vacibdir. Söhbət ondan ibarətdir ki, bütün Avropada ən yüksək iqtisadi artıma malik olan ölkənizlə əməkdaşlıq istənilən bir ölkə üçün, o cümlədən Xorvatiya üçün maraqlıdır. Azərbaycan bu gün böyük potensiala malikdir. Eyni zamanda, Xorvatiyanın da elə potensialları var ki, bunlar Azərbaycan üçün maraqlı ola bilər. Biz əməkdaşlığımızın konkret imkanları haqqında danışdıq. Əczaçılıq, tikinti, neft və qaz ehtiyatlarının işlənilməsi, gəmiqayırma sahələrinə toxunduq. Bir sözlə, maraq doğuran çox sahələr var və biz o sahələrdə əməkdaşlıq edə bilərik. Prezident Əliyevin Xorvatiyaya səfərindən və mənim bu səfərimdən sonra əməkdaşlığı genişləndiririk. Bizim siyasi iradəmiz real əməkdaşlıq formasını almalıdır.

- Mənim sualım Azərbaycan Prezidentinədir. Cənab Prezident, ölkələrimiz arasındakı fəal siyasi dialoq Xəzər hövzəsi ilə bağlı əməkdaşlığa hansı töhfəni verəcək? Çox sağ olun.

İLHAM ƏLİYEV: Bu barədə biz bu gün Prezident Mesiçlə geniş fikir mübadiləsi apardıq. Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Xəzər dənizinin rolu artmaqdadır və Xəzəryanı ölkə kimi Azərbaycan bu sahədə öz töhfəsini verir. Bildiyiniz kimi, keçən ilin sonunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair memorandum imzalanmışdır. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqının Yeni qonşuluq siyasətinə qoşulmuşdur. İndi biz öz neft-qaz resurslarımızı yeni tikilmiş neft və qaz kəmərləri vasitəsilə dünya bazarlarına çatdırırıq, artıq Gürcüstan və Türkiyə bazarlarını Azərbaycan qazı ilə təmin edirik. Bizim planlarımızda qaz hasilatını artırmaq və onu Avropanın başqa ölkələrinə çatdırmaq durur. Bu baxımdan Mərkəzi Avropa ölkələri ilə əməkdaşlığımız bizim üçün yeni imkanlar açır. Eyni zamanda, Balkan yarımadasında yerləşən ölkələrlə bu sahədə əməkdaşlıq mümkündür və bu, qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Azərbaycanın çox böyük və zəngin neft-qaz yataqları vardır. Azərbaycan öz neft-qaz strategiyasını uğurla icra edir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır. Üç neft kəməri, bir qaz kəməri Azərbaycan neftini və qazını müxtəlif yollarla dünya bazarlarına çatdırır. Əminəm ki, gələcək əməkdaşlıq perspektivləri daha da geniş olacaqdır. İndi Xəzər dənizi və Qara dəniz hövzələri arasında çox ciddi enerji dialoqu aparılır. Nəqliyyat infrastrukturu yeniləşir. Şübhəsiz ki, Adriatik dənizi sahillərində yerləşən ölkələr də bu dialoqa fəal şəkildə qoşula bilər. Bizim buna marağımız var və bu sahədə əməkdaşlığın praktik məqamları, əlbəttə ki, çox ciddi araşdırılmalıdır. Burada həm siyasi, həm də iqtisadi məsələlər öyrənilməlidir.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH