XV Beynəlxalq Sankt-Peterburq iqtisadi forumuna mindən çox nümayəndə qatılacaqdır
Bakı, 12 may (AZƏRTAC). Sankt-Peterburqda keçiriləcək növbəti Beynəlxalq iqtisadi forumda mindən çox nümayəndə, o cümlədən iri xarici təşkilatların 169 başçısı iştirak edəcəkdir.
Bu barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətində keçirilən mətbuat konfransında RF-nin iqtisadi inkişaf naziri E.Nabiullina məlumat vermişdir. Nazir demişdir: “Əsas odur ki, forumun meydanı işgüzar ünsiyyət infrastrukturudur. Bu da Rusiya regionlarının və şirkətlərinin rəhbərlərinə əcnəbi iş adamları ilə səmərəli əlaqələr qurmaq imkanı verir. Bütün bunlar sonradan müvafiq investisiya layihələrinə çevrilir”.
Forumda dünyanın mühüm regionları, o cümlədən BRHÇ ölkələri - Braziliya, Rusiya, Hindistan və Çin, habelə ABŞ, Kanada, Aİ ölkələri, Yaponiya, Afrika ölkələri, BƏƏ həm hökumət, həm də iş adamlarından ibarət nümayəndə heyətləri şəklində təmsil olunacaqdır.
E.Nabiullina əlavə etmişdir ki, təşkilat komitəsi bu il Yaponiya nümayəndə heyətinin pulsuz iştirakı barədə qərar qəbul etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]
Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
- 09.09.2026 [11:30]