Yalan ayaq tutar, yeriməz
Bu günlərdə “Transparency İnternational” təşkilatının Azərbaycan üzrə bölməsi - “Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi ölkəmiz, o cümlədən Milli Məclis haqqında həqiqətə uyğun olmayan qərəzli hesabat yaymışdır. Şər və böhtan dolu bu sənəd geniş ictimaiyyətin, o cümlədən parlamentin mayın 2-də keçirilən iclasında deputatların narazılığına və tənqidinə səbəb olmuşdur. Ara-sıra bəzi KİV-lərdə ölkənin siyasi sistemi və parlamenti haqqında gedən qərəzli məlumatları toplayıb hesabat adı ilə cəmiyyətə təqdim edən bu qüvvələrin fəaliyyəti deputatlarda haqlı suallar doğurmuşdur.
Bundan narahat olan “Transparency İnternational” təşkilatının Azərbaycan üzrə bölməsi sağlam tənqidi qəbul etmək əvəzinə növbəti böhtan xarakterli bəyanatla çıxış etmişdir. Onların iddiasına görə yuxarıda adı çəkilən hesabatın hazırlandığı dövrdə parlament rəhbərliyinə göndərilən sorğuya guya cavab verilməmişdir. Əslində isə qurumun Milli Məclisə ünvanladığı 2013-cü il 2 sentyabr tarixli 02/09/B-Tİ-Az-03 saylı sorğusuna həmin il sentyabrın 18-də geniş və ətraflı cavab verilmiş, bununla bağlı cavab məktubu onların [email protected] e-mail ünvanına göndərilmişdir.
Göründüyü kimi, özünü şəffaf hesab edən bu qurum əslində şəffaflıqdan uzaq “nə qədər bacarırsan yalan danış” prinsipi ilə fəaliyyət göstərir.
Milli Məclisin
Mətbuat xidməti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]