YAP GƏNCLƏR BİRLİYİ AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜ MÜNASİBƏTİLƏ TOPLANTI KEÇİRMİŞDİR
Bakı İdmаn Sаrаyındа кеçirilən toplantını giriş sözü ilə açan Gənclər Birliyinin sədri Rаmil Həsənоv Azərbaycanda Gənclər gününün 1996-cı ildən qеyd olunduğunu diqqətə çatdıraraq dedi ki, bu bаyrаmın tarixi ümummilli lidеrimiz Hеydər Əliyеvin аdı ilə bаğlıdır. Dahi rəhbərimiz hər zaman gənclərə diqqət və qayğı ilə yanaşmışdır. Bu doğma münasibət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Çıxış edən digər natiqlər gənclərin Azərbaycan cəmiyyətindəki rolundan bəhs etdilər. Son illər gənclərin yüksək vəzifələrə irəli çəkildiyini əlamətdar hal kimi dəyərləndirən natiqlər dedilər ki, gənclər göstərilən ehtimadı doğrultmalı və başqalarına da nümunə olmalıdırlar.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov Azərbaycan gəncliyinin fədakarlığından danışdı. 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının növbəti dəfə möhtəşəm qələbə qazandığını diqqətə çatdıran natiq, parlamentdəki yerlər uğrunda mübarizədə YAP gənclərinin fəallığını yüksək dəyərləndirdi. Natiq dedi ki, YAP üzvü olan gənclər həmişə Azərbaycan gəncliyinə nümunə göstərmiş, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, dövlətçiliyimizin qorunmasında, Heydər Əliyev ideyalarına sədaqət işində fəallıq nümayiş etdirmişlər. Dövlətimiz Azərbaycan gəncliyinin işıqlı gələcəyi naminə mümkün olan bütün işləri görür. Gənclər də bu prosesdə daha böyük fəallıq göstərməlidirlər.
Sonda YAP Gənclər Birliyi adından Prezident İlham Əliyevə və Azərbaycan gəncliyinə müraciətlər qəbul edilmişdir.