YAP Sumqayıt təşkilatının üzvləri qan xəstəliyindən əziyyət çəkənlərə dəstək olurlar FOTO
Sumqayıt, 28 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası dövründə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın talassemiya, hemofiliya və digər qan xəstəliyindən əziyyət çəkən vətəndaşlar üçün qan ehtiyatının yaradılması çağırışına Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı da qoşulub.
Təşkilatın sədri Ramiz Hüseynov AZƏRTAC-a bildirib ki, Sumqayıt şəhər təcili tibbi xəstəxanasında keçirilən aksiyada yüzlərlə partıya üzvü könüllü olaraq bu nəcib aksiyada iştirak edirlər. Qan verənlərin ön sıralarında Milli Məclisin deputatı, Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli və şəhər təşkilatının digər fəal üzvləri də var.