Yaponiya Filippindəki sülh prosesinə dəstək verməyə hazırdır
Tokio, 10 fevral, AZƏRTAC
Yaponiyanın xarici işlər naziri Taro Kono deyib ki, onun ölkəsi Filippindəki Mindanao adasında artıq 40 ildir davam edən silahlı qarşıdurmanın aradan qaldırılmasına yönələn sülh prosesini dəstəkləməyə hazırdır.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə nazir Filippin Prezidenti Rodriqo Duterte ilə onun doğma şəhəri Davaoda görüşü zamanı bildirib.
Beş il bundan əvvəl Filippin hökuməti ilə Mindanao adasındakı islam yaraqlıları arasında əldə edilən razılaşmaya əsasən, həmin regionda müsəlman muxtar hökumətinin yaradılması istiqamətində işlər hazırda davam etdirilir.
Görüş zamanı T.Kono xatırladıb ki, cari il yanvarın 1-də Davaoda Yaponiyanın baş konsulluğu açılıb. Nazir bildirib ki, Yaponiya Filippinin silahlı qarşıdurma nəticəsində zərərçəkmiş rayonlarının bərpasına yardımı davam etdirməyə hazırdır.
Filippin Prezidenti R.Duterte öz növbəsində bildirib ki, Yaponiyanın xarici işlər nazirini doğma şəhərdə salamlamaq onun üçün böyük şərəfdir. R.Duterte qeyd edib ki, onun ölkəsi Yaponiya ilə əməkdaşlığa həmişə böyük önəm verir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]