Yaponiya növbəti nəsil avtomobillərin strategiyasını hazırlayacaq
Tokio, 1 mart, AZƏRTAC
Yaponiya elektromobillərin istehsalına keçidlə əlaqədar qlobal meyillər fonunda özünün növbəti nəsil avtomobillər strategiyasını hazırlayacaq.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya Sənaye Nazirliyinin nümayəndələri həmin strategiyanı cari ilin ortalarınadək hazırlamağı planlaşdırırlar. Sənədin elektromobillərə, hibrid modellərə və həmçinin yanacaq elementləri ilə işləyən avtomobillərə münasibətdə hərtərəfli siyasətin əsasını təşkil edəcəyi bildirilir.
Bununla əlaqədar sənaye naziri Hiroşiqe Sekonun apreldə xüsusi komitə yaradacağı gözlənilir. Həmin komitənin tərkibinə hökumət nümayəndələri, alimlər və avtomobil istehsalı üzrə aparıcı şirkətlərin rəhbərləri daxil olacaqlar.
Xatırladaq ki, Fransa və Böyük Britaniya 2040-cı ildə dizel və benzin yanacağı ilə işləyən yeni avtomobillərin satışını dayandırmağı planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]