YAPONİYA PARLAMENTİNİN ÜZVÜ BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 9-da Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Abel Məhərrəmov Bakıda keçiriləcək “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün ölkəmizə gəlmiş Yaponiya parlamentinin üzvü xanım Akiko Yamanaka ilə görüşmüşdür.
Görüşdə təhsil, elm və mədəniyyət sahələrindəki əməkdaşlığın əhəmiyyətindən bəhs olunmuşdur. Bildirilmişdir ki, hazırda BDU-da Yapon dili ixtisası üzrə 36 tələbə bakalavr və magistr pillələrində təhsil alır. Eyni zamanda, azərbaycanlı tələbələr Yaponiya hökumətinin köməyi ilə həmin ölkədə təcrübə keçirlər.
Öz ölkəsi ilə Azərbaycanın təhsil əlaqələrinin genişləndiyini qeyd edən xanım A.Yamanaka, tələbə və müəllim mübadiləsinin zəruriliyini də vurğulamışdır.
Sonra qonaq BDU-nun müəllim və tələbələri ilə görüşmüş, “Dünyada sülhün bərqərar olunması” mövzusunda mühazirə oxumuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]