Yaponiya şirkətləri Tokio Olimpiadası zamanı əməkdaşlardan məzuniyyətə çıxmalarını xahiş edəcəklər
Tokio, 5 iyul, AZƏRTAC
Yaponiya şirkətləri gələn il Tokioda keçiriləcək Olimpiya Oyunları zamanı yollarda yarana biləcək tıxacların qarşısının alınmasına yardım göstərməyi planlaşdırırlar.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar şirkətlər həmin dövrdə əməkdaşlarından məzuniyyət götürmələrini və ya evdə işləməyi xahiş etməyi nəzərdə tuturlar.
Hökumət tərəfindən də bəyənilən bu təşəbbüs Yay Olimpiya Oyunları zamanı paytaxtda tıxacların azalmasına yardım etmək məqsədi daşıyır. “Honda” avtomobil istehsalı şirkətindən bildiriblər ki, Tokioda yerləşən mərkəzi ofisin təxminən 1200 əməkdaşından ya evdə işləmələrini ya da ödənişli məzuniyyət götürmələri xahiş ediləcək. Şirkət bu təşəbbüsü gələn il iyulun 22-dən başlayaraq iki həftə müddətində həyata keçirməyi planlaşdırır.
Kompüter istehsalçısı “Lenovo Japan” şirkəti də Olimpiya Oyunları zamanı 2000 əməkdaşına belə imkan yaratmağı nəzərdə tutur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]