Yaponiya “Tokio-2020” Paralimpiya Oyunlarında 20 qızıl medal qazanmaq niyyətindədir
Tokio, 7 fevral, AZƏRTAC
Yaponiya Paralimpiya Komitəsi “Tokio-2020” Paralimpiya Oyunlarında rekord miqdarda - 20 qızıl medal qazanmaq vəzifəsini qarşıya qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə komitənin vitse-prezidenti Hidefumi Takahaşi yanvarın 7-də Paralimpiya Oyunlarının açılışına 200 gün qalması münasibətilə təşkil edilən mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, indiyədək yapon paralimpiyaçılar ən çox qızıl medalı 1988-ci ildə Seul və 2004-cü ildə Afina Paralimpiya oyunlarında qazanıblar. Həmin yarışların hər birində onlar 17 qızıl medal əldə ediblər. 2016-cı ildə Rio-de Janeyroda keçirilən yarışlar zamanı isə yapon idmançılar qızıl medal qazana bilməyiblər.
Yaponiya Paralimpiya Komitəsinin prezidenti və milli komandanın rəhbəri Zyuniçi Kavai isə bəyan edib ki, qarşıya qoyulan vəzifəni kifayət qədər çətin hesab etsə də, onun həyata keçirilməsini tam mümkün sayır. Z.Kavai əmin olduğunu bildirib ki, yapon paralimpiyaçılar yüksək ustalıq nümayiş etdirərək 20 qızıl mükafat qazanacaqlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]