YAPONİYADA AZƏRBAYCAN UŞAQLARININ RƏSMLƏRİNİN SƏRGİSİ OLACAQ
Azərbaycan Rəssamlar ittifaqı qrafika şöbəsinin rəisi, respublikanın əməkdar rəssamı Ənvər Qarayev AZƏRTAC-ın müxbirinə demişdir ki, hər il Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti, Türkiyə və Yaponiyanın Azərbaycandakı səfirlikləri uşaqların ən yaxşı rəsmlərinin sərgisini keçirirlər. Balaca rəssamların builki sərgisi Bakı incəsənət gimnaziyasında açılmışdır. Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bizim uşaqların rəsmləri bu ilin payızında Tokioda açılacaq sərgidə nümayiş olunacaqdır. Uşaqların Yaponiyaya getmək imkanı olmadığından biz sərgidə bəyənilmiş rəsmləri toplayıb Tokioya göndərəcəyik. İndiyədək balaca rəssamlarımız bir neçə xarici sərgidə uğurla iştirak ediblər. Ümid edirik ki, balaca rəssamlarımızın əl işləri Yaponiyada da mükafata layiq görüləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:27]
Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib
- 03.10.2026 [17:09]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [16:31]
Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq
- 03.10.2026 [15:32]
Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]