Yaponiyada daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 76 nəfərə çatıb
Tokio,15 iyul, AZƏRTAC
Yaponiyada iyulun 4-dən davam edən güclü yağışlar səbəbindən əmələ gələn daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 76 nəfərə çatıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, daha 13 nəfərin itkin düşdüyü bildirilir.
Xəbər verdiyimiz kimi, Yaponiyanın cənub -qərbində iyulun 4-dən başlayan güclü yağışlar səbəbindən əmələ gələn daşqınlar və torpaq sürüşmələri nəticəsində 15 mindən çox ev dağılıb.
Sinoptiklər yağışların həftənin sonunadək davam edəcəyini proqnozlaşdırırlar. Yağışların səngidiyi ərazilərdə isə əhalini ehtiyatlı olmağa çağırırlar. Belə ki, güclü yağışların yumşaltdığı ərazilərdə torpaq sürüşmələrinin baş verməsi tamamilə mümkündür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]