Yaponiyada ilk qadın Baş nazir ola bilər
Bakı, 27 sentyabr, AZƏRTAC
Yaponiyanın ilk qadın Baş naziri ola bilər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ölənin hakim partiyası hazırda iqtisadi təhlükəsizlik naziri vəzifəsini tutan Sanae Takaiçi və sabiq müdafiə naziri Şiqeru İşiba arasında seçim edəcək.
Yaponiyada liderlik yarışı hakim partiyanın ölkənin ilk qadın Baş nazirini seçməsi ehtimalı ilə ikinci tura qalıb. Liberal Demokrat Partiyasının (LDP) lideri olmaq üçün mübarizə aparan doqquz namizəddən heç biri səs çoxluğu qazana bilməyib. LDP-də liderlik yarışı indi iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi və sabiq müdafiə naziri Şiqeru İşiba arasında gərgin rəqabətlə ikinci turda davam edəcək. Takaiçi xarici işlər naziri Kamikava Yoko ilə birlikdə liderlik uğrunda yarışda iki qadın namizəddən biri idi.
LDP lideri seçiləcək siyasətçi Fumio Kişidadan sonra Yaponiyanın 101-ci Baş naziri olacaq.
Yaponiyada bu günədək qadın Baş nazir olmayıb. LDP özünün kiçik koalisiya tərəfdaşı Komeito Partiyası ilə birlikdə parlamentdə çoxluğa malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]