Yaponiyada İmperator Akihitonun səhhətinin pisləşdiyi bildirilib
Tokio, 3 aprel, AZƏRTAC
Aprelin 2-də axşam saatlarında İmperator Akihitonun səhhətində pisləşmə qeydə alınıb. Monarxın öskürdüyünü bildirən həkimlər ona rəsmi vəzifələrinin icrasını bir müddət dayandırmağı tövsiyə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə İmperator saray idarəsi məlumat yayıb.
Aprelin 3-də günün birinci yarısında İmperatorun sarayda keçiriləcək bir neçə tədbirə qatılacağı, nahardan sonra isə sarayın ətrafındakı bağı və parkı təmizləyən könüllülərlə görüşəcəyi planlaşdırılırdı. İmperatorun həmin tədbirlərə qatılmayacağı və yalnız imperatriçə Miçikonun bunlarda iştirak edəcəyi bildirilib.
Monarxın yalnız öskürdüyü deyilsə də, bir ay sonra onun taxtdan imtina mərasiminə qatılacağını nəzərə alan həkimlər ona dincəlməyi tövsiyə ediblər.
Xatırladaq ki, İmperator Akihito aprelin 30-da öz xahişi ilə taxtı tərk edəcək. Növbəti gün onun böyük oğlu şahzadə-vəliəhd Naruhito İmperator elan ediləcək. Onun hökmdarlıq dövrü “Reiva” adlanacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]