YAPONLAR “MASTER VƏ MARQARİTA”NI YENİDƏN KƏŞF EDİRLƏR
AZƏRTAC xəbər verir ki, Yaponiyada Mixail Bulqakovun “Master və Marqarita” romanının yeni tərcüməsi satışa çıxarılan ilk iki həftə ərzində kitabın 50 mindən çox nüsxəsi satılmışdır.
“Kavade sebo” nəşriyyatı rəhbərliyinin fikrincə, yeni nəşrə tələbat çox olduğundan əlavə çapa ehtiyac yaranmışdır.
Romanın tərcüməçisi, Tokionun “Vaseda” Universitetinin fəxri professoru Tadao Midzuno demişdir: “Yaponların əksəriyyəti üçün bu kitab yeni bir kəşf olmuşdur”. Midzuno Viktor Şklovski, Fyodor Dostoyevski, Mixail Şoloxov, Aleksandr Soljenitsın, habelə bir sıra müasir rus yazıçılarının əsərlərini yapon dilinə tərcümə etmişdir.
Professor bildirmişdir ki, əsərin üslubunu və dilini bir qədər dəyişdirməklə, o dövrün reallıqlarını müasir yaponlara daha aydın çatdırmağa çalışmışdır. O, Meydzi (1868-1911) dövrünün klassik rus ədəbiyyatı tədqiqatçılarının hərfi tərcümə üslubundan çəkinməyə çalışmışdır.
Tadao Midzuna tədqiqatçılıq və tərcüməçilik fəaliyyətinə 40 il əvvəl Vladimir Mayakovskinin əsərlərindən başlamışdır. Yaxın gələcəkdə professor 1920-ci illər Rusiya avanqardı və rus cəmiyyətinin mənəvi həyatında meyillər mövzularında tədqiqatlar aparmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]