Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaqub Mahmudov: Dünya ictimaiyyətinin həqiqətləri görmək istəməməsi bizi narahat edir

Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilir

Lənkəran, 24 aprel, Bağır Əliyev, AZƏRTAC

Aprelin 24-də Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Tarix İnstitutunun mövzu ilə bağlı yeni nəşrlərinin sərgisinə baxış olub.

Dünyanın müxtəlif ölkələrindən tədqiqatçıların qatıldığı beynəlxalq konfransda Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub .

Elmi konfransı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq, bugünkü tədbirin mühüm tarixi əhəmiyyət daşıdığını söyləyib.

Konfransda Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş məruzə ilə çıxış edib.

Azərbaycan xalqının dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarından olduğunu qeyd edən tarixçi-alim Yaqub Mahmudov deyib: “Bu gün dünya ictimaiyyətinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir. Azərbaycan alimlərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənib gerçək şəkildə gələcək nəsillərə çatdırmaqdan, yalançı, saxta erməni təbliğatının qarşısının alınmasından və obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir”.

İnstitutun direktoru bildirib ki, dünya bu gün son dərəcə mürəkkəb və olduqca təhlükəli qarşıdurmalarla üz-üzədir. Milyonlarla insan itkisinə, misli görünməmiş dağıntılara və fəlakətlərə səbəb olmuş Birinci və İkinci Dünya müharibələrinin başlandığı Avropada faşizm, irqçilik, islamofobiya yenidən baş qaldırıb. Böyük güc mərkəzləri “insan haqları”, “demokratiya”, “beynəlxalq hüququn müdafiəsi”, “terrora qarşı mübarizə” pərdələri altında, əslində, soyqırımlarına və terrora rəvac verir, dünyanı yenidən nüfuz dairələrinə bölmək uğrunda ölüm-dirim mübarizəsi aparırlar.

Yaqub Mahmudov çıxışını davam etdirərək deyib: “Prezident İlham Əliyev ölkəmizdə multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla, Azərbaycan reallığını bütün dünyaya nümunə kimi təqdim edir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda keçirilən dünya tarixçilərinin Beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında, tarix elminin yeni faktlar və elmi ümumiləşdirmələrlə zənginləşməsində mühüm rol oynayır”.

Konfransın təşkilatçılarından olan Türkiyənin Atatürk Araşdırma Mərkəzinin sədri, professor Mehmet Ali Beyhan Tarix İnstitutu ilə sıx əməkdaşlıqdan bəhs edib və iki elmi qurumun birgə fəaliyyətini yüksək qiymətləndirib. O, budəfəki konfransın xarici ölkə alimlərinin sayına və müzakirə edilən məruzələrinə görə xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Beynəlxalq konfrans iştirakçılarını AMEA-nın prezidenti və Rəyasət Heyəti adından salamlayan akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova çıxışında artıq dördüncü dəfə keçirilən beynəlxalq elmi konfransın türk-müsəlman xalqlarına qarşı törədilən soyqırımlarının tanıdılması istiqamətində atılan əhəmiyyətli addım olduğunu deyib. O, Lənkəranda törədilmiş soyqırımı vəhşiliklərindən geniş bəhs edib.

Plenar iclasda, həmçinin Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, professor Derya Örs, Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Həsən Cəlal Gözəl, Türk Tarix Qurumunun sədri, professor Refiq Turan, Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti, professor İqor Turitsın və başqaları çıxış ediblər.

Daha sonra BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərovun erməni cinayətkarlarının ölkəmizin cənub bölgəsində törətdikləri dəhşətli soyqırımı barədə məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycan Prezidenti AMEA-nın Tarix İnstitutunun keçirdiyi bu beynəlxalq elmi konfransların fəaliyyətini daim diqqət mərkəzində saxlayır və konfrans iştirakçılarına ənənəvi müraciət məktubları ünvanlayır.

Plenar iclasın sonunda Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsına Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

Bölmə iclaslarında xarici ölkələrin 60-a yaxın aliminin, o cümlədən Almaniya, Albaniya, Polşa, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Rusiya və başqa ölkələrdən olan tədqiqatçıların son 200 ildə türk-islam ölkələrində baş vermiş soyqırımlarına həsr edilmiş məruzələri dinlənilib.

Erməni-daşnak cəlladlarının Lənkəran qəzasında 1918-1919-cu illərdə törətdikləri soyqırımı vəhşilikləri ayrıca bölmə iclasında geniş müzakirə olunub.

Sonda konfrans iştirakçılarına Tarix İnstitutunun “Elmi əsərlər” adlı jurnalının xüsusi buraxılışı olan IV Beynəlxalq Lənkəran konfransının materialları və digər nəşrlər paylanılıb.

Sabah işini davam etdirəcək IV Beynəlxalq Lənkəran konfransında son 200 ildə böyük bir coğrafiyada türk-müsəlman xalqlarına qarşı sistemli şəkildə yeridilmiş soyqırımı, deportasiya, repressiya siyasəti və bunun ağır nəticələri müzakirə olunur.

Qeyd edək ki, bundan əvvəlki iki konfrans Qubada, biri isə Şamaxıda keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir

ADSEA rəsmisi: Müasir suvarma texnologiyalarının tətbiqi sahəsinin 300 min hektara çatdırılması nəzərdə tutulur

İlham Bayramov: Aqrar sektorun gələcək inkişafı su və torpaq ehtiyatlarından maksimum səmərəliliklə istifadə ilə təmin edilməlidir

Külli miqdarda narkotik vasitənin PUA vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib

Kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinə icazə veriləcək

Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb

Şuşa şəhərinin ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir

Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı açıqlanıb

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB VİDEO

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB VİDEO

Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır

Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir

ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir

Azərbaycan “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulur

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Nazir: Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına töhfə verəcək

Böyük Britaniya əhalisinin yarısı “Brexit” üzrə ikinci referendumun keçirilməsini istəyir

Orta Dəhliz və nəqliyyat layihələri Gürcüstan-Qırğızıstan danışıqlarında müzakirə olunub

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edilib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib YENİLƏNİB

Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Türk siyasi şərhçi: Şuşa Bəyannaməsi ortaq geosiyasi baxışı hüquqi müstəviyə daşıyıb

İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub

® “Azerconnect Group” İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq edəcək

Müstəqilliyimizin memarı!!!

Qarabağ və Şərqi Zəngəzurda 6876 hektar sahədə 43 investisiya layihəsi icra olunur

Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə test imtahanı keçirilib

Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir

Nazir: Azad edilmiş ərazilərdə 83 min hektardan çox torpaq dövriyyəyə qaytarılır

İcra Xidmətinin rəis müavini: Xüsusi icra institutu mərhələli tətbiq edilir

15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir

Məcnun Məmmədov: Müasir suvarma sistemləri tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq

Azad edilmiş ərazilərdə 49,9 min hektarda taxıl əkini aparılıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Məcnun Məmmədov: Mal əti üzrə tam özünütəminata nail olmaq əsas hədəflərdəndir

“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub

Hesablama Palatasının sədri: Dövlət büdcəsi gəlirləri müstəqillik dövrünün ən yüksək həddinə yüksəlib

“Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimatı olub

Azərbaycanda bağçalara cəlb edilən uşaqların sayı açıqlanıb

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

Sahil Babayev: Beynəlxalq əməkdaşlıq və diplomatik fəaliyyətə 655 milyon manat xərclənib

“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb

Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4 milyard manat vəsait yönəldilib

Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib

2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində aqrar sektora 6 milyard manat investisiyanın cəlb edilməsi planlaşdırılır

Fərqliliyini işığa çevirən Anara Məmmədova: Xarici görkəmimi maraqla və rəğbətlə qarşılayırlar VİDEO

Fərqliliyini işığa çevirən Anara Məmmədova: Xarici görkəmimi maraqla və rəğbətlə qarşılayırlar VİDEO

Vahid Hacıyev: Yeni Dövlət Proqramı intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb

Şərqi Zəngəzurda pilot istixana aqroparkı yaradılacaq

Qazaxıstanda Türk Dünyası Qadınlarının Əməkdaşlıq Akademiyasının təqdimatı olub

Nazir: Buğda üzrə özünütəminat səviyyəsinin artırılması əsas prioritetlərdəndir

“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar

Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir

Ötən il cari xərclərin 92 faizi qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına qarşılanıb

İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib

Bu ilin beş ayında əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Pakistanda polisə hücum olub: ölənlər var

Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır

Yaqub Qurbanov: Xüsusi icra məmurları da məcburi icra orqanı statusuna malikdirlər

Nahid Bağırov: Məqsədimiz torpaqdan yüksək və keyfiyyətli məhsul götürmək, daxili bazarı qorumaqdır

“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb

“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir

Vüqar Novruzov: Göygöl rayonunda üzüm istehsalı 28,6 faiz artıb

Fransa 2027-ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

Vahid Hacıyev: Son illərdə 169 min hektardan çox torpaq yenidən əkin dövriyyəsinə cəlb olunub

Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib

Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib

Xəyyam Məmmədov: Qarabağ suvarma kanalı vasitəsilə 115 min hektara yaxın əkin sahəsinin suvarılması mümkün olacaq

Qızılın qiyməti həftəni 3,5 faizlik itki ilə tamamlayır

Əli Əhmədov: Qurtuluş məfkurəsi Azərbaycanın gələcəyinə istiqamət verir

Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb

İcra başçısı: Ötən il İsmayıllıda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə olunub

Rəis müavini: "Xüsusi icra məmurları haqqında" Qanundan gözlənti daha sürətli, əlçatan və effektiv icra mühitinin formalaşdırılmasıdır

Aqrar Xidmətlər Agentliyi istixanalarda və saxlanılma yerlərində fumiqasiya tədbirləri aparır

Sədr müavini: Qərb regionunda 32 subartezian quyusunun təmiri nəzərdə tutulur

Şəki Dövlət Peşə Təhsil Mərkəzi əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayır

Yeni Dövlət Proqramında dəstək mexanizmlərindən biri də aqrar kredit faizlərinin subsidiyalaşdırılmasıdır

Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb

On ildə Ağdaşda kənd təsərrüfatı məhsullarının həcmi 217 faiz artıb

Nazir müavini: 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur

Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb

Sahibə Qafarova: Ulu Öndərin dövlətçilik konsepsiyası xalqın uzunmüddətli strateji maraqlarına əsaslanır

Bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Zaur Əliyev: DAİM-lərin regional əsasda idarəetməyə keçidi planlaşdırılır

Tədqiqat: İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlara qərəzli münasibət göstərilir

Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir

Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirə işə başlayıb VİDEO

Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirə işə başlayıb VİDEO

ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb

Alimlər xəbərdarlıq edirlər: Dünyanı ekstremal hava hadisələri gözləyir

FAO mütəxəssisi: Azərbaycanın yeni kənd təsərrüfatı proqramı kifayət qədər əhatəli xarakter daşıyır

ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır

Zaur Mikayılov: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır

Nazir müavini: 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

“Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu aşağı salıb