MƏDƏNİYYƏT
“YARAT” uşaqları növbəti dəfə sevindirəcək
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 18-də “YARAT” ədəbiyyat klubu çərçivəsində yazıçı Gülşən Tofiqqızının quruluşunda “Təbiəti birlikdə qoruyaq” adlı uşaq tamaşası təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşa “Günəş” uşaq inkişaf mərkəzinin şagirdləri tərəfindən səhnələşdirilib. Tamaşa oyun formasındadır və uşaqları “Tullantılarla necə mübarizə aparmaq olar”, “Yer kürəmizi necə qoruya bilərik” və digər bu kimi problemlərin həllini tapmağa çağırır. Səhnə əsərinin məğzi budur ki, problemləri yalnız birgə səylər nəticəsində həll etmək olar.
Tamaşadan sonra yazıçı Gülşən Tofiqqızı ilə diskussiya təşkil ediləcək. Uşaqlar, həmçinin “Cəsur təyyarə” əsəri əsasında çəkilmiş cizgi filminə baxacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]