Yardımlıda növbəti tədbir - Zəfər yolu
Yardımlı, 7 noyabr, Bağır Əliyev, AZƏRTAC
Yardımlı Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Həmçinin tədbir iştirakçıları Birinci Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların adlarını əbədiləşdirmək məqsədilə salınmış “Şəhidlər xiyabanı” abidə kompleksinin önünə gül dəstələri düzüb, şəhidlərin ruhlarına dualar oxuyublar.
Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən işğal olunmuş ərazilərimizin azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərək təltif olunmuş şəhidlərin medalları onların ailə üzvlərinə təqdim olunub.