Yasamal rayon Heydər Əliyev Mərkəzi şagirdlərdə zəngin təəssüratlar yaradıb
Bakı, 13 fevral, AZƏRTAC
Yasamal rayonunda yerləşən 153 və 158 nömrəli tam orta məktəblərin şagirdlərinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.
Burada onlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Mərkəzlə tanışlıq şagirdlərdə zəngin təəssüratlar yaradıb.