Yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən ikisi evə buraxılıb
Bakı, 7 fevral, AZƏRTAC
Paytaxtın Səbail rayonunda, İçərişəhərdə yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə 5 saylı Şəhər Xəstəxanasının yanıq şöbəsinə aparılıb. Xəstəxanaya yerləşdirilənlərdən 2-sinə ambulator yardım göstərilib və onlar evə buraxılıblar.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, digər 2 nəfər stasionar şöbədə müalicə alır və vəziyyətləri stabildir.
Qeyd edək ki, partlayış nəticəsində xəsarət alan 1 nəfərə yerində ambulator yardım göstərilib.