“Yaşıl Marafon 2022” aksiyasında könüllülər də iştirak edir
Bakı, 9 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl Marafon 2022” kampaniyasının növbəti aksiyası aprelin 9-da Xocasəndə keçirildi. Aksiyada IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları ilə yanaşı, könüllülər də iştirak edib.
“Biz könüllülər olaraq bir çox ağacəkmə tədbirlərində iştirak etmişik. Xocasənlə yanaşı Müşfiqabad qəsəbəsi və ölkəmizin digər yerlərinin yaşıllaşdırılmasında iştirak etmək mənim üçün qürurverici haldır”. Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllü komandasının üzvü Günel Axundova deyib. “Bir gənc kimi ölkəmin yaşıllaşdırılmasına kömək etmək, digər vətəndaşlara da nümunə olmaq istəyirəm”,- deyə G. Axundova bildirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin könüllüsü Nihad Əzizadə qeyd edib ki, “Bu cür kampaniyalarda könüllülərimiz aktiv şəkildə iştirak edir. Düşünürəm ki, bu hal ekologiyamıza öz töhfəsini verəcək”.