YAŞIL TEATRDA “SİVİLİZASİYALARIN DİALOQU” ADLI KONSERT PROQRAMI GÖSTƏRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumun nümayəndələri iyunun 11-də axşam Yaşıl Teatrda “Sivilizasiyaların dialoqu” adlı konsert proqramına tamaşa etmişlər.
Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, beynəlxalq forumla əlaqədar Bakıda səfərdə olan İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, Polşanın birinci xanımı Mariya Kaçinski, Anqolanın birinci xanımı Ana Paula duş Santuş, Latviyanın birinci xanımı Lilita Zatler, Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbeke konsertdə olmuşlar.
Azərbaycan xalq musiqisi və görkəmli bəstəkarların əsərlərinin ifa olunduğu konsert forumun iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş, dəfələrlə alqışlanmışdır.
######
![]() |
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]



