Yeni Kaledoniyada nikel istehsalçısı 1200 nəfəri ixtisar edir
Bakı, 31 iyul, AZƏRTAC
Fransanın Yeni Kaledoniya regionunda fəaliyyət göstərən KNS şirkəti (Koniambo Nickel SAS) 1200 əməkdaşını ixtisar edəcək.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, şirkətin əsas səhmdarı olan “Glencore” İsveçrə-Britaniya birgə müəssisəsi fevralda Numeanı tərk etdikdən sonra zavodun maliyyə vəziyyəti pisləşib. Şirkətə yeni sərmayədar axtarışı nəticə vermədiyi üçün rəhbərlik avqustun sonda kütləvi ixtisara getməyi qərara alıb. Müəssisədə təhlükəsizlik və inzibati işləri icra etmək üçün cəmi 50 işçi saxlanacaq.
Regiondakı digər 2 böyük nikel emalı müəssisəsi də bağlanmaq təhlükəsi ilə üzləşib. Yerli hakimiyyətin bu zavodları dirçəltmək üçün yetərli vəsaiti yoxdur. Rəsmi Paris isə bura böyük sərmayə qoymağı planlaşdırmır.
Yeni Kaledoniya əhalisinin əsas məşğuliyyəti nikel hasilatı olduğu üçün 3 müəssisənin bağlanması kütləvi işsizliklə nəticələnəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]