YENİ SALINMIŞ QƏSƏBƏLƏRƏ SU ÇƏKİLİR
AZƏRTAC xəbər verir ki, Füzuli rayonu ərazisindəki Haramı düzündə məcburi köçkünlər üçün salınmış qəsəbələrə Araz çayından 80 kilometr uzunluğunda su kəməri çəkilir. Layihə başa çatandan sonra qəsəbələrdə məskunlaşmış ailələr kənd təsərrüfatı ilə məşğul ola biləcəklər. Burada Zobucuq adlanan beş qəsəbəyə köçürülmüş ailələrə, ümumilikdə, əkin-biçinlə məşğul olmaq üçün 2 min hektar torpaq sahəsi ayrılacaqdır.
Əkin sahələrinin suvarılması üçün çəkilən kəmərin 15 kilometrində quraşdırma işləri başa çatmışdır. Bununla yanaşı, ərazidə min kubmetrlik iki su hovuzu da tikilmişdir. Rayonun Kərimbəyli kəndində isə nasos stansiyası inşa edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]