YENİ SƏNƏDLİ FİLM - “AZƏRBAYCANDA DƏVƏÇİLİK”
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycanda dəvəçilik” adlı sənədli film çəkdirmişdir.
Ssenari müəllifi Balağa Səmədov, redaktoru Nəriman Əliyev olan filmdə respublikamizda həyata keçirilən aqrar islahatlardan, dəvəçiliyin inkişaf perspektivlərindən, mövcud genofondun qorunub saxlanması üçün görülən məqsədyönlü tədbirlərdən bəhs olunur, Azərbaycanın dünyada dəvəçiliyin iki əsas məskənindən biri olduğu vurğulanır. Bildirilir ki, ölkəmizdə, xüsusilə Abşeron, Beyləqan, Bərdə, Biləsuvar və Hacıqabul rayonlarında birhürgüclü və ikihürgüclü dəvə cinsləri geniş yayılmışdır. İkihürgüclü Azərbaycan dəvəsi və xalqımızın milli sərvəti hesab olunur. Abşeron rayonunun Qobu qəsəbəsində dəvəçilik üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi fəaliyyət göstyərir.
Filmdə tamaşaçılara dəvə barədə maraqlı məlumatlar verilir, dəvəçiliyin inkişafı istiqamətində görülmüş və görüləcək tədbirlərdən geniş söz açılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]