Yeni Zelandiyada hər kəs məsciddə terrorçunun qarşısını kəsən şəxsin qəhrəmanlığından danışır
Tokio, 18 mart, AZƏRTAC
Yeni Zelandiyada və onun hüdudlarından kənarda hər kəs Kraystçörç məscidində terrorçunun qarşısını kəsən şəxsin qəhrəmanlığından danışır.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Əfqanıstandan gəlmiş Əbdül Əziz adlı şəxs hücum zamanı Linvud məscidində olub. Buna qədər terrorçu digər məsciddə artıq onlarla insan güllələmişdi.
Hadisə barədə danışan 48 yaşlı Ə.Əziz bildirib ki, atəş səslərini eşitdikdən sonra o, məsciddən çıxıb və burada hərbi geyimli bir şəxslə qarşılaşıb. Onlar üz-üzə gələndə həmin şəxs Ə.Əzizi söyüb.
Bu şəxs atəş açmağa başlayanda isə Ə.Əziz kredit kartları terminalını ona tərəf atıb və yaxınlıqdakı avtomobillərin arasına sığınıb. Sonra atəş açan şəxsin diqqətini cəlb etmək üçün “Bura gəl”, - deyə qışqırmağa başlayıb və bununla ibadət edənləri qorumağa çalışıb. Atəş açan şəxsin yerə atdığı silahı götürərək ona müqavimət göstərməyə başlayanda isə o, avtomobilinə oturaraq hadisə yerindən uzaqlaşıb.
Verilən məlumata görə, atışma başlayanda məsciddə 100-dək dindar olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]