Yeniyetmə taekvondoçumuz dünya birinciliyində bürünc medal qazanıb
Bakı, 9 avqust, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənddə taekvondo üzrə yeniyetmələr arasında dünya birinciliyində 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Nizami Hacıyev bürünc medala sahib olub.
AZƏRTAC xəbər verir ki, idmançımız yarımfinala gedən yolda Honkonq, Qazaxıstan və Misir təmsilçilərinə qalib gəlib. Lakin taekvondoçumuz yarımfinalda Bolqarıstan təmsilçisinə uduzaraq çempionatı bürünc medalla başa vurub.
Yarışlar avqustun 10-da başa çatacaq.