“Yerdəyişməyə məruz qalmış gənclərin Avropaya inteqrasiya prosesinə cəlb edilməsi” layihəsi həyata keçiriləcəkdir
Bakı, 12 may (AZƏRTAC). Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) mayın 12-də “Yerdəyişməyə məruz qalmış gənclərin Avropaya inteqrasiya prosesinə cəlb edilməsi” layihəsinə start vermişdir.
Milli Şuranın Baş Katibi Orxan Ərəbov AZƏRTAC-a bildirmişdir ki, layihənin əsas məqsədi yerdəyişməyə məruz qalmış gənclərin Avropaya inteqrasiya prosesini daha da gücləndirməkdir. Milli Şura qaçqın və məcburi köçkün gənclərə daim xüsusi diqqət və qayğı göstərir, onları sosial layihələrə cəlb edir.
Azərbaycanda təxminən 1 milyon qaçqın və məcburi köçkün vardır. Bu cür yerdəyişməyə məruz qalmış şəxslərin önəmli bir hissəsini gənclər təşkil edir. Əsas problemlərdən biri də onların böyük bir qisminin ictimai-sosial proseslərə fəal qoşulmamasıdır. Bu layihədə həmin məsələlərin həlli nəzərdə tutulmuşdur.
Yerdəyişməyə məruz qalmış gənclər ictimai işlərə cəlb olunmalı və digər ölkələrdəki həmyaşıdları ilə əməkdaşlıq edərək Avropaya inteqrasiya prosesində fəal iştirak etməlidirlər.
Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Vahid Qəhrəmanov və gənclər idman nazirliyinin rəsmisi Fuad Babayev bildirmişlər ki, belə layihələr ölkə gənclərinin inkişafı üçün çox əhəmiyyətlidir.
Gənclər və İdman Nazirliyi, Avropa Gənclər Fondunun dəstək verdiyi layihədə Gürcüstan, İtaliya, Latviya, Belçika, Ukrayna, Finlandiya, Türkiyə, Rusiya və digər Avropa ölkələrindən gənclər iştirak edəcəklər.
Layihə mayın 15-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]