YEVLAX ŞƏHƏRİNDƏ UŞAQ XƏSTƏXANASI TİKİLƏCƏK
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Avropa standartlarına uyğun inşa ediləcək uşaq xəstəxanası müasir tibbi avadanlıqla təchiz olunacaqdır.
Yevlax rayonunda son vaxtlar əhaliyə göstərilən səhiyyə xidmətini yaxşılaşdırmaq məqsədi ilə mərkəzi şəhər xəstəxanasının cərrahiyyə, terapiya, doğum şöbələri əsaslı təmir edilmiş, qadın məsləhətxanası yenidən qurulmuşdur. Gigiyena və epidemiologiya mərkəzi üçün yeni bina tikilmiş, bir çox kənd xəstəxanaları, həkim və feldşer-mama məntəqələri əsaslı təmir olunmuşdur. Balçılı kəndində yeni həkim məntəqəsi, Nərimanabad kəndində, Aran qəsəbəsində həkim ambulatoriyaları tikilib istifadəyə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]